Məhkəmə qərarları › İş №8(103)-465/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-465/2020

04.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-465/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)- 701/2020 saylı qərardadından iddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(103)-937/2016 saylı icra sənədinin icrası ilə bağlı “xxxx” MMC-yə məxsus Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin və Bakı şəhəri Səbail rayonu X1 küçəsində 0,09912 sahəsində yerləşən 19 nömrəli mənzilinin “xxxx” MMC-yə verdiyi hərrac sifarişləri ilə bağlı Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)- 701/2020 saylı qərardadı ilə şikayət ətizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci dəfə hərracın keçirilməsinin yolverilməzliyi barədə Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, lakin müraciətə cavab verilmədən xx xxxxxx 2020-ci ildə hərracın keçirilməsi haqqında sifariş verilmişdir. Həmin sifariş məktubunu iddiaçı xx xxxxxx 2020-ci ildə deyil, xx xxxxxxxx 2020-ci ildə almış, xx xxxxxxxx 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin icra işini öyrənmədən və qərarın iddiaçıya göndərilməsi tarixini müəyyən etmədən ərizəni geri qaytarması əsassızdır. Bunlarla yanaşı, məhkəmə nəzərə almamışdır ki, müddətin ötürüldüyü halda iddiaçı ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququna malikdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)- 701/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)-701/2020 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi icra məmurunun hərəkətinin icra sənədinin icrasından irəli gələn hərəkət, yoxsa bu fəaliyyətdən kənara çıxan qanunsuz hərəkət olmasını aydınlaşdırmadan və qərarını müvafiq qaydada əsaslandırmadan icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati-iqtisadi (?) məhkəməyə şikayət verilə bilməsini izah etmiş, habelə borclu “xxxx” MMC-nin qərardaddan şikayətində qeyd olunan xüsusatları araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)- 701/2020 saylı qərardadı ləğv edilsin. Borclu “xxxx” MMC-nin şikayəti yenidən müzakirə olunması üçün mülki iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar