Məhkəmə qərarları › İş №8(103)-466/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-466/2020

06.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-466/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(004)-15/2020 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Tələbkar ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş№ 2(036)- 3873/2017) üzrə verilmiş icra sənədinə əsasən borclular (cavabdehlər) Qasımov Hakim Tərlan oğlu, X1 və Borclu müştərək qaydada cəmi 21.625,59 ABŞ dollar məbləğində pul tutularaq tələbkar (iddiaçı)Tələbkar ASC-nə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra hərəkətlərini həyata keçirən icra məmuru İlqar Allahverdiyev təqdimatla Rayon Məhkəməsinə müraciət edərək, Borclu mülkiyyətində olan və Bakışəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 48-də yerləşən 1 “A” saylı mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, qeyd edilən icra sənədi üzrə icra icraatına xx.xx.2017-ci il tarixli qərarla başlanılmış və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. Borclulardan biri olan Borclu yaşadığıünvana icra məmuru tərəfindən baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa, yəni tələbin yönəldilə biləcəyi hər hansıəmlak aşkar edilməmişdir. Eyni zamanda icra məmuru tərəfindən müvafiq orqanlara sorğu verilmiş və müəyyən edilmişdir ki, təqdimatda qeyd edilən mənzil Borclu mülkiyyətindədir. Təqdimata baxmış Rayon Məhkəməsi işüzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsini, Borclu mülkiyyətində olan həmin mənzilin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmasını qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün olan Borclu, onun anası və bacısı həmin mənzildə yaşayırlar və həmin mənzil onların yeganə yaşayış yeridir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il qərardadı ilə özünün qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini və icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməməsini qərara almışdır. Tələbkar Bankın ləğvedicisi olan Fond həmin qərardaddan şikayət verərək xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Fondun şikayəti onunla əsaslandırılmışdır ki, borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə mübahisəli əmlakın üzərinə həbs qoyulmalıdır. Rayon Məhkəməsi şikayətə baxaraq xx.xx.2020-ci il tarixli qərardadı iləşikayəti təmin etməmiş və baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsindəşikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, məcburi köçkün olan iş üzrə Borclu yuxarıda qeyd edilən mənzildə yaşayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş məlumatdan görünür ki, qeyd edilən mənzildən başqa Borclu aid digər yaşayış sahəsi və ya başqa daşınar və daşınmaz əmlak yoxdur. İşə baxmış Rayon Məhkəməsi üzərinə həbs qoyulması tələb olunan mənzilin cavabdeh Borclu və onun ailəüzvlərinin yeganə yaşayış yeri olmasına əsaslanaraq, şikayəti təmin etməmişdir. Məhkəmə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanuna görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6.). İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” xx.xx.2002-ci il tarixli, 89 №-li qərarın 1-ci bəndinə görə borclu və onun ailəsinin sanitariya normalarıçərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailəüçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. İş materiallarından görünür ki, qeyd edilən təqdimatla Rayon Məhkəməsinə müraciət etmiş icra məmuru borclunun mülkiyyətində digər əmlakın olmamasına əsaslanaraq, qeyd olunan təqdimatla məhkəməyə müraciət etmişdir. Lakin icra məmuru nəzərə almamışdır ki, həmin mənzil borclu və onun ailəüzvlərinin yeganə yaşayış yeridir və tələbin yönəldilməsi üçün borclunun digər əmlakının olmaması onun yeganə yaşayış yeri olan mənzilinə həbsin yönəldilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Qərardad qanuni vəəsaslıdır. Odur ki, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinəəsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsindəşikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərəəsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar