Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-466/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Tələbkar, Borclu1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Tələbkar iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Borclu1 “Badu-Kubə Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanda inşa etdiyi yaşayış binasının üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144.5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144.5 m2 olan 177 saylı mənzillərin alınaraq ona təhfil verilməsi, həmçinin vurulmuş maddi ziyana görə 108.000 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13m. İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13m. İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. 03.02.2016-cı il tarixli qətnamə üzrə 28 mart 2016-cı ildə icra vəqəsi verilmişdir. Hazırda qeyd edilən icra işi üzrə tələbkar məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, icra zamanı məlum olmuşdur ki, layihəyə görə 16 mərtəbə nəzərdə tutulmuş sözügedən bina bir mərtəbə az, yəni cəmi 15 mərtəbə tikilmişdir. Bu üzdən ona məxsus mənzillər bir mərtəbə yuxarı qalxmışdır. Ona görə də, xahiş edir ki, icra vərəqəsində 3-cü mərtəbə göstərilmiş 172 saylı mənzilin faktiki olaraq 4cü mərtəbədə, icra vərəqəsində 4-cü mərtəbə göstərilmiş 177 saylı mənzilin isə faktiki olaraq 5-ci mərtəbədə yerləşdiyi nəzərə alınaraq icra vərəqəsində 172 saylı mənzilin 4-cü mərtəbə, 177 saylı mənzilin isə 5 mərtəbə kimi oxunması üçün düzəliş verilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 8(010)- 2657/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsinə dair Tələbkar ərizəsinin təmin edilməməsi qət edilmişdir. Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 8(010)- 2657/2021 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsini, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 8(010)- 2657/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayəti müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 şikayəti əsassız hesab edərək, onun təmin edilməməməsini məhkəmə kollegiyasından xahiş etmişdir Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında tələbkarın verdiyi izahatdan və ərizəsinə əlavə etdiyi sənədlərdən müəyyən edilir ki, tələbkara verilməli olan mənzillərin yerləşdiyi binanın inşası zamanı onun layihələndirilmiş mərtəbəliliyindən əlavə mərtəbələr inşa edilmiş, sonradan həmin mərtəbələrin sökülməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən qərar qəbul edilmişdir. Tələbkar artıq inşa edilmiş mərtəbələrin sökülməsi əsası ilə 4 il əvvəl qəbul edilmiş qətnamədə düzəlişlərin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izah edir ki, qeyd edilən qətnamənin qəbul edildiyi vaxt mübahisəli mənzillərin ünvanında (binanın mərtəbəliliyində və mənzillərin nömrələrində) hər hansı səhvə yol verilməsi müəyyən edilmədiyindən qətnamədə hər hansı düzəlişlərin aparılmasına ehtiyac olmamış, qətnamə iddiaçının tələbində qeyd etdiyi xüsusatlar əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Göründüyü kimi prosessual qanunvericilik qətnamədə yol verilmiş texniki səhvlər və açıq hesab səhvlərinin düzəldilməsini nəzərdə tutumuşdur. MPM-nin 228.3-cü maddəsinin tələbinə görə isə düzəlişlər etmək barədə məhkəmə qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-2657/2016 saylı saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-466/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-466/2021
02.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver