Məhkəmə qərarları › İş №8(103)-466/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-466/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-466/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, X1, İddiaçı X2 vərəsələri X9 və X7, İddiaçının vərəsəsi X7 vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından tələbkar X2 vərəsəsi X7 vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar X2 vərəsələri X9 və X10 məhkəməyə ərizə verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsini və icra sənədinin məcburi icrasının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, icra məmuru və borclu “Azərbaycan Gözdən Əlilər Cəmiyyəti” X11 Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını həyata keçirməkdən imtina edirlər. Bunu icra vərəqəsində mənzilin verilməsini deyil, mənzilin verilməsi məsələsinə baxılmasının qeyd edilməsinə istinad edirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan tələbkar X2 vərəsəsi X7 vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilərək ərizənin təmin edilməsi, əks halda işi baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-461/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vərəsələri ayrı-ayrılıqda izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vərəsəsi X7 vəkili izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, iddiaçı X3 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında 1-ci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılması cavabdeh “X12 Cəmiyyəti” İctimai Birliyinə həvalə edilməsi qət edilmişdir. Hazırda tələbkar X2 vərəsələri X9 və X10 məhkəməyə ərizə verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsini və icra sənədinin məcburi icrasının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi isə qeyd olunan ərizəyə münasibətdə “8” indeksi ilə nömrə verməklə qeydiyyata almış və ərizəyə məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi baxmışdır. Halbuki, Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 168-ci bəndinə əsasən MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236- 1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi barədə ərizə aid olduğu işin nömrəsi ilə qeydə alınmalı və baxıldıqdan sonra həmin işə əlavə edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan təlimatın tələblərinə zidd olaraq “qətnaməyə izah verilməsi” barədə ərizəyə 8 nömrəli indekslə qeydiyyata almaqla ərizəyə baxmışdır. Bundan başqa birinci instansiya məhkəməsi “qətnaməyə izah verilməsi” barədə ərizəni rədd edərkən qeyd etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi tam aydındır, qətnamədə və ya icra sənədində hər hansı bir qeyri-müəyyənlik və ya anlaşılmazlıq mövcud deyildir. Yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsi ərizənin aid olduğu işə əlavə etməklə baxmadığından hazırki vəziyyətdə verilmiş ərizəyə münasibət bildirilməsi qeyri-mümkündür. Bundan başqa iş materiallarından görünür ki, icra məmuru tərəfindən 27 noyabr 2023-cü il tarixli qərar ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi isə icra sənədi üzrə icraata xitam verilməsi məsələsinə ümumiyyətlə qiymət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk öncə verilmiş ərizəyə Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın tələblərinə uyğun baxılmasını təmin etməli, həmçinin, X7 vəkili Vəkil2 tərəfindən təqdim edilmiş, xüsusilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair 27 noyabr 2023-cü il tarixli qərardan verilən şikayət nəzərə alınmaqla izah verilməsi tələb edilən iş materialları araşdırılmaqla nəticəsindən asılı olaraq qərara gəlməlidir. Odur ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan göstərişlərə əməl edilməklə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə izah verilməsinə dair tələbkar X2 vərəsələri X9 və X10 tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar