Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-468/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, X1, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X3 və borclu Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 8(005)-452/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin 02.07.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və həmin icraatın davam etdirilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəfindən verilmiş iddia təmin edilərək cavabdeh AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsinin vəzifəli şəxsinin tələbkara ünvanlanmış 13.07.2010-cu il tarixli 04/28067 saylı cavab məktubu qanunsuz hesab edilmiş, Bakı Şəhəri X14 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 54 saylı Bağ-Tikinti kooperativi tərəfindən atası - X12 adına verilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli 2(005)-4049/2009-saylı qətnaməsi ilə tələbkarın adına keçirilmiş hesab edilmiş, orderdə Bakı şəhəri, X14 İcrayə Komitəsinin 15.02.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş Vişnovka-2 bağ massivində 0.12 ha sahəsi olan 3 saylı bağ torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdeh AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli icra vərəqəsinin borclu AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin vəzifəli şəxsi tərəfindən bu günədək icra edilməməsi səbəbindən idarənin vəzifəli şəxsi dəfələrlə inzibati məsuliyyətə cəlb edilmiş, lakin buna baxmayaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarının icrası naməlum səbəblərdən tam olaraq təmin edilmir. Məcburi icra tədbirləri nəticəsində borclu idarə tərəfindən bağ sahəsinə baxış keçirilmiş, bağ sahəsinin planı tərtib olunaraq təqdim edilsə də, həmin bağ sahəsinin planı ona məxsus olan əraziyə və arxiv sənədlərinə uyğun gəlməmişdir. Belə olan halda icra sənədlərinin az hissəsi natamam icra olunaraq, qalan hissəsi icra olunmadığından icra sənədi tam icra edilmiş hesab edilə bilməz və o, xitam edilə bilməz. Borclu AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi üzərinə düşən vəzifələri tam və qanunvericiliyə müvafiq qaydada yerinə yetirmədiyindən icra sənədi üzrə işin icraatına xitam verilə bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 8(005)-452/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Tələbkar C.H.Mehdiyev şikayət verərək, həmin qərardadın ləğv edilməsi və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 8(005)-452/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X6 şikayətə etiraz etdi. Borclu Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi İ.X.Kəlbiyev şikayətə etiraz edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 8(005)- 452/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsində isə təsbit olunmuşdur ki, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 iddiası təmin edilmiş, cavabdeh AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsinin vəzifəli şəxsinin ona ünvanlanmış 13.07.2010-cu il tarixli 04/28067 saylı cavab məktubunun qanunsuz hesab edilməsi, Bakı Şəhəri X14 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 54 saylı Bağ-Tikinti kooperativi tərəfindən atası - X12 adına verilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli 2(005)-4049/2009-saylı qətnaməsi ilə onun adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, X14 İcrayə Komitəsinin 15.02.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş Vişnovka-2 bağ massivində 0.12 ha sahəsi olan 3 saylı bağ torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdeh AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, AR ƏMDK DƏDRX Bakı şəhəri Ərazi İdarəsinin vəzifəli şəxsinin C.H.Mehdiyevə ünvanladığı 13.07.2010-cu il tarixli 04/28067 saylı cavab məktubu qanunsuz hesab edilmiş, Bakı Şəhəri X14 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 54 saylı Bağ-Tikinti kooperativi tərəfindən atası - X12 adına verilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli 2(005)-4049/2009-saylı qətnaməsi ilə onun adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, X14 İcrayə Komitəsinin 15.02.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş Vişnovka-2 bağ massivində 0.12 ha sahəsi olan 3 saylı bağ torpaq sahəsinin sərhədlərinin koordinatları müəyyən edilərək dövlət kadastrında qeydə alınmış, C.H.Mehdiyev bağ sahəsi üzərində hüquqları 18.06.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi və **********42 daşınmaz əmlakın reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bağ sahəsi ona təhvil verilmiş, bağ sahəsinin planı və ölçüsü barədə AA №620909 saylı sənəd tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışdan görünür ki, mübahisə edilən əmlak Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 3 saylı bağ sahəsi X7 xüsusi mülkiyyət hüquqi ilə məxsusdur və ölçüsü 0.12 ha-dır. Torpaq sahəsinin reyestr nömrəsi **********42-dir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanlanan 07 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.01.2011-ci il tarixli 2(005)-3309/2010 saylı icra vərəqəsi icra olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsinin plan və ölçüsü X5 adına tərtib edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Bakı şəhəri Nərimanov İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş icraata xitam verilməsi haqqında qərar qanuna müvafiq qaydada qəbul edilmişdir. Tələbkar C.H.Mehdiyevin şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, tələbkar həmin bağ sahəsinin planı ona məxsus olan əraziyə və arxiv sənədlərinə uyğun gəlmədiyini mübahisələndirirsə bununla bağlı şikayətini inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassız olmaqla qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 8(005)-452/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №8(103)-468/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-468/2021
06.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver