Məhkəmə qərarları › İş №8(103)-469/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-469/2020

05.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-469/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Borclu Əsədova (Əbilova) Validə Əsəd qızının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 8(001)-668/2019 saylı qərardadından verdiyi şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 8(001)- 668/2019 saylı qərardadına əsasən Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadırovun “borcluya məxsus əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-854/2016 saylı,xx xxxxxx 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki 8 saylı binanın zirzəmisindəki 16,5 kv.m qeyriyaşayış sahəsinin Borclu məxsus ½ hissəsinin üzərinə borc məbləği həddində həbs qoyulmuşdur. Hazırda Borclu həmin qərardaddan şikayət verərək, məhkəmənin xx xxxx 2019-cu il tarixli, 8(001)-668/2019 saylı qərardadının ləğv edilməsini, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki 8 saylı binanın zirzəmisindəki 16,5 kv.m qeyri-yaşayış sahəsinin ona məxsus hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsini və Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)- 584/2016 saylı qətnaməsinin hissə-hissə, yəni ayda 1.000 manat məbləğində icra edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə işi apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki 8 saylı binanın zirzəmisindəki 16,5 kv.m qeyri-yaşayış sahəsi keçmiş həyat yoldaşı tərəfindən icarəyə verilmişdir və üzərinə həbs qoyulması icarəyə götürənlər tərəfindən haqlı narazılıqlara gətirib çıxaracaqdır. Bu səbəbdən obyektin üzərinə qoyulmuş həbsin götürülməsi zəruridir. Həmçinin icra barədə ona heç bir xəbərdarlıq edilməmiş, heç bir sənəd göndərilməmişdir. Könüllü icra üçün icra məmuru tərəfindən ona müddət verilməmişdir. Bundan əlavə, onun borcu birdəfəyə ödəməsi mümkün deyildir. Borc məbləğini yalnız hissə-hissə, ayda 1.000 manat məbləğində ödəməyə gücü çatır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki 8 saylı binanın zirzəmisindəki 165 kv.m qeyri-yaşayış sahəsinin Borclu tərəfindən Şükürov Eldar oğluna satılmasına dair xx xxxx 2014-cü il tarixli, AN-İ № ******* saylı və həmin qeyri-yaşayış sahəsinin X5 tərəfindən X1 satılmasına dair xx xxxxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmalı və Borclu ilə X5 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi üzrə 16.5 kv.m qeyri-yaşayış sahəsinin dəyəri kimi ödənilmiş 23.555 manat məbləğində pul satıcı Borclu alınıb alıcı X4, X5 ilə X2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsi üzrə ödənilmış 20.000 manat satıcı X3 alınıb X1 verilməlidir. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə icra sənədinin icrası zamanı borclunun əmlakı üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-668/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar