Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-47/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1150/2018 saylı 10 noyabr 2021-ci il tarixli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icaat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qərardadı ilə Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru R.Səfərovun təqdimatı təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Tovuz rayonu, Bozalqanlı kəndində 0.08 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır Qeyd edilən qərardaddan maraqlarına toxunan şəxs X3 şikayət verərək, qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 17.09.2018ci il tarixli 8(005)-1150/2018 saylı qərardadına əsasən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4411/2017 saylı, 01.08.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan, Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsini Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 49 mənzil 48-də qeydiyyatda olan Borclu Tovuz rayon notariat kontorunda təsdiq olunmuş 07.11.2014-cü il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinə əsasən 8.000 manata almışdır. Lakin DƏDRX-dən qeyd olunan torpaq sahəsinə dair çıxarışı almamışdır. Buna baxmayaraq alqı-satqı müqaviləsinin bağlandığı anadan bu torpaq sahəsi tələbkarın sahibliyində və istifadəsindədir, bu torpaq sahəsi üzərində Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərində nəzərdə tutulmuş gözləntili mülkiyyət hüququ əldə etmişdir. Hazırda sözügedən torpaq sahəsinə dair çıxarış almaq istəyərkən tələbkara məlum olmuşdur ki, Nərimanov rayon məhkəməsinin 17.09.2018-ci il tarixli qərardadına əsasən həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad qəbul edilərkən tələbkarın məhkəmədə iştirakı təmin edilməmiş, nə də bu barədə ona hər hansı məlumat verilməmişdir. Hesab edir ki, həmin qərardad əsassızdır, tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına dəlalət edir. Ona görə də qərardad ləğv olunaraq torpaq sahəsi üzərindəki həbs götürülməlidir Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə Məhkəmənin 17.09.2021-ci il tarixli qərardadından R.Əkbərova tərəfindən verilmiş şikayətin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Tovuz rayon Ərazi İdarəsinin ********** Qeydiyyat nömrəli 26.05.2008-ci il tarixli **********60 X6 əsasən Tovuz rayonu, Bozalqanlı kəndində 0.08 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar G.Qasımova şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikаyət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 07.11.2014-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən müəyyən olunur ki, Borclu Tovuz rayonu, Bozalqanlı kəndində 0.08 ha həyətyanı torpaq sahəsini 8000 manata X1. Birinci instansiya məhkəməsi həbsin götürülməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak hal-hazırda üçüncü şəxs tərəfindən qəbul edilmiş və onunla alqı-satqı müqaviləsi bağlanılmış, gələcəkdə həmin əmlakın mülkiyyətçisi olma gözlənti hüququna malikdir, qoyulmuş həbsin onun həmin əmlaka sərəncam vermə hüququnun əsassız məhdudlaşdırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, düzgün hüquqi nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli torpaq sahəsi maraqlarına toxunan şəxs R.Əkbərovanın mülkiyyətində olmasa da, sonuncu həmin torpaq sahəsini, üzərinə həbs qoyulmamışdan daha əvvəl Borclu alqı-satqı yolu ilə almışdır. Faktiki olaraq alqı-satqı yolu ilə əldə edilmiş torpaq sahəsinin üzərində həbsin qalması, R.Əkbərovanın həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi və həmin torpaq sahəsi üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1150/2018 saylı 10 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №8(103)-47/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-47/2022
22.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver