Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-470/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından tələbkar LPO Tələbkar ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1127/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin icrasına təmin etmək məqsədi ilə X1nun mülkiyyətində olan «KİA CERATO» minik markalı **-VL-*** dövlət qeydiyyat nişanlı və «TOYOTA LAND-CRUİSER-PRADO» minik markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. X1 ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi və avomobilin üzərinə qoyulmus həbsin götürülməsini xahiş etmişdir. Ərizəni onunla əsaslnadırmışdır ki, Lerik Rayon Məhkəməsinin qərarına əsasən onlardan 3082 manat tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Onların bankla arasında razılıq əldə olunmuşvə icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(008)-421/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, X1nun mülkiyyətində olan «KİA CERATO» minik markalı **- VL-*** dövlət qeydiyyat nişanlı və «TOYOTA LAND-CRUİSER-PRADO» minik markalı **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülmüş, qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 göndərilmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdehlər banka olan borclarının hissə-hissə ödəməyi öhdələrinə götürmələrinə baxmayaraq bu günə kimi cavabdehlər tərəfindən banka heç bir ödəniş həyata keçirilməmiş və nəticə etibarı ilə məhkəmə əmri icra edilməmiş qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(008)-421/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. İş materiallarından göründüyü kimi Tələbkar ASC tərəfindən Sabunçu rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılmasıını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən, icra edilmədən Lerik Rayon Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan qərar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məcburi icra tədbirlərinin tətbiq edilməsinə əsas olan icra sənədi icra edilmədən Lerik Rayon Məhkəməsinə qaytarıldığından məcburi icra tədbirlərinin tətbiq edilməsi zərurəti aradan qalmışdır. Belə olan halda birinci instansiya məhkəməsi qərardad qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Tələbkar LPO Tələbkar ASC-nin şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №8(103)-470/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-470/2020
03.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver