Məhkəmə qərarları › İş №8(103)-471/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-471/2020

04.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-471/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 508/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-585/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Tələbkar xx xxxxxxx 2009-cu il təvəllüdlü X1 ilə ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsi üçün gecə qalmaq şərti ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günləri saat 19:00-dək görüş verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icaraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi tələb edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-508/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Həmin qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-508/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə borclu Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-508/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şəxsin konstitusion hüququnun məhdudlaşdırılması müqabilində əldə ediləcək gözlənti mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyası sərbəst hərəkət etmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnu azadlıq hüququnun tərkib hissəsi kimi qəbul edərək Konstitusiyanın 28-ci maddəsinin İİİ bəndində aşağıdakı kimi müəyyənləşdirmişdir: “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər”. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsi isə müəyyən edir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmaldır”. Qeyd olunan konstitusiya normasının təbiəti ondan ibarətdir ki, ölkədən çıxmaq azadlığı Konstitusiya və qanunlarda müəyyən edilmiş əsaslarla məhdudlaşdırıla bilər və bu cür məhdudlaşdırma həyata keçirilərkən məhdudlaşdırma gözlənilən nəticəyə mütənasib olmalıdır. Ona görə də, ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulması barədə müraciətə baxarkən məhkəmələrin üzərinə digərləri ilə yanaşı Konstitusiyada nəzərdə tutulan halların – hüququn məhdudlaşdırılmasının qanunda nəzərdə tutulması və gözlənilən nəticəyə mütənasibliyinin aydınlaşdırılması tələb olunur. Hazırki işdən müəyyən edilir ki, xx xxxxxxx 2009-cu il təvəllüdlü X1 anası Qənbərova (Məmmədova) Sevinc Qəhrəman qızının himayəsindədir, ata olan Tələbkar məhkəmə qətnaməsi ilə uşaqla ünsiyyət hüququ verilmiş, ata uşağı ilə görüşə bilmir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının məcburiliyi Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində təsbit edilmişdir. Lakin, uşaq hal-hazırda Rusiya Federasiyasında yaşayır və bu səbəbdən borclu Qənbərova (Məmmədova) Sevinc Qəhrəman qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qətnaməsinin icrasına xidmət etmir. Kollegiya qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əasaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-585/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəydulla Sadıqzadənin təqdimatını təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-508/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-508/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar