Məhkəmə qərarları › İş №8(103)-471/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-471/2021

08.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-471/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Borclu nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 8(009)-205/2021 saylı qərardadından Səbail rayon İcra şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səbail rayon İcra şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov Borcluın məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 5416/2020-006 nömrəli, 12.11.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 190.695 ( yüz doxsan min altı yüz doxsan beş) manat pul vəasiti və 30 ( otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi tutularaq Tələbkar xeyrinə ödənilməlidir. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 50 (əlli) manat hissəsi iddiaçı Tələbkar, 450 (dörd yüz əlli) manat hissəsi cavabdeh Borclu tutularaq “AB Consultinq" MMC-nin hesabına (VÖEN: **********, "xxxx" ASC əməliyyat filialı VÖEN: **********, M/h: AZ89NABZ********************, Kodu 503314, S.W.İ.F.T BİC: AMRAAZ22, H/h:AZ40AMRA********************) köçürülməlidir. İcra sənədi 15.03.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrinə əsasən Səbail rayon İcra şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov Borclu Səbail rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 8(009)-205/2021 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Səbail rayon İcra şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 8(009)-205/2021 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin 09 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmiş lakin, borcluya məxsus hər hansı əmlak aşkar edilməmişdir. Sonrakı müddət ərzində borclu ilə ***-**-** nömrəli telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmış, lakin o müxtəlif bəhanələr gətirərək icra şöbəsinə gəlməkdən yayınmış və gəlməməsinin səbəbi barədə heç bir sübut şöbəyə təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında Borclu nümayəndəsi və vəkili X2 şikayəti qəbul etmədi, onun təmin edilməməsini, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, İş № 8(109)-205/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2020-ci il tarixli, 2(103)-5416/2020 saylı qətnaməsi qanuni qüvvəsini almamış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, mülki iş baxılması üçün Ali Məhkəməyə göndərilmiş, hazırda iş Ali Məhkəmənin hakimi Elşad Şamayevin icraatındadır. Səbail rayon İcra şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası borclunun nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 8(009)-205/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan RespuBlikası Qanqmın 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun tələbinə görə borclunun üzürsüz səbəbdən yayınması nəticəsində onun barəsində məhkəmə qərarı ilə məcburi gətirilmə tətbiq oluna bilər. İş materialları məhkəmə tərəfindən öyrənilərkən borculunun yaşayış yeri üzrə çağırış vərəqəsinin göndərilərək icra şöbəsinə dəvət olunmasını təsdiq edən, borclunun üzürsüz səbəbdənicra məmurunun çağırışına gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınmasını təsdiq edən hər hansı sübut müəyyən edilmədi. “İcra haqqında” Azərbaycan RespuBlikası Qanqmın 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq düzgün olaraq qeyd etmişdir ki, icra məmuru məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl müvafiq hərəkətləri həyata keçirməli və borclunun məcburi gətirilməsinə əsas olmuş halları təsdiq edən sənədləri təqdimata əlavə etməlidir. Bundan əlavə borclunun etirazına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2020-ci il tarixli, 2(103)-5416/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Səbail rayon İcra şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədov tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 8(009)- 205/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar