Məhkəmə qərarları › İş №8(103)-472/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-472/2020

05.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-472/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Borclunun nümayəndəsi-vəkili X2 iştirakı ilə, Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Borclu Sabunçu Rayon Məhkəməsinin 8(008)- 552/2020 №-li xx.xx.2019-cu il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(008)- 1253/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icrasını təmin etmək məqsədi ilə Borclu əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1253/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 18000 manat və 1000 ABŞ dolları tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi Sabunçu rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunmuş və qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd edilən ünvanına göndərimişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və borclu, Borclu adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs, Gənclik küç, ev 29c, saylı evin 240 saylı mənzili aşkar edilmişdir. Qeyd olunanları nəzərə alıb, Borclu adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs, Gənclik küç, ev 29c, saylı evin 240 saylı mənzilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-552/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1253/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu, Borclu adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 29 c saylı evin, 240 saylı mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Tələbkar və icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin edilməsini xahiş edən borclunun səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-552/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv olunmalı, Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Birinci instansiya məhkəməsi Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatını təmin etməməsini belə əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1253/2018 saylı, xx.xx.2018-ciil tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu, Borclu adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs, Gənclik küç, ev 29c, saylı evin 240 saylı mənzilin üzərinə həbs qoyulmalıdır. Məhkəə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı, xx xxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndinə əsasən borclu və ya onun ailəsinin sanitariya normaları çərsivəsində birgə yaşamaqlarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Belə ki, işdən görünür ki, icra məmuru borclunun əmlak vəziyyətini yoxlamaq üçün sorğu vermiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti İdarəsinin Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********39 saylı məktubuna əsasən, Borclu adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs, Gənclik küç, ev 29c, saylı evin 240 saylı mənzili aşkar edilmişdir. Göründüyü kimi, borclunun mülkiyyətində bir yaşayış evi mövcuddur, lakin işə baxan birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan, işi tam və hərtərəfli araşdırmadan, Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar