Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-472/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-457/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(004)- 457/2021 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-457/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, Borclu mülkiyyətində olan “Mercedes S320” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai İX-35” minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı, “Nissan Altıma” minik markalı 90-XT- 224 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-457/2021 saylı 29.06.2021-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(004)-457/2021 saylı qərardadı ilə şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Hazırda borclu həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edərək göstərmişdir ki, onun mövcud qərardadların heç birindən məlumatı olmamış və sonradan avtomobilə qoyulmuş həbslə əlaqədar yol polisi ona məlumat verdikdən dərhal sonra məhkəməyə ərizə ilə müraciət etmiş, qərardadın surətini 26.07.2021-ci il tarixdə məhkəmədən almışdır. Onun məhkəmə prosesindən ümumiyyətlə xəbəri olmamışdır. Ona görə də məhkəmədə iştirak edə bilməmiş və sübutlarını təqdim edə bilməmişdir. Məhkəmənin 16.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tələbkar və İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, sözügedən qərardad Borclu ünvanı üzrə göndərilmiş, Borclu tərəfindən 12.07.2021-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 268-ci maddəsinə əsasən qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qəradad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-457/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadını 12.07.2021-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində şikayət vermədiyindən, sözügedən qərardad icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərildiyindən, eyni zamanda borclu tərəfindən prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən şikayət geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(004)- 457/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-472/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-472/2021
13.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver