Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-473/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından X1 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ləğv prosesindəki “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi olan X1 (Fond) Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin olunmamış, Fondun nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış şikayətçinin nümayəndəsi, tələbkar, habelə Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı ilə Borclu arasında bağlanılmış xx.xx.2008-ci il tarixlil ********* nömrəli kredit müqaviləsi üzrə Borclu öhdəliklərinə tələb etmək müddətinin keçməsi ilə əlaqədar xitam verilməli və həmin öhdəlik üzrə göstərilmiş cəmi 5415,46 manat borc ləğv edilməli, Borclu xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə borcunun olması barədə məlumatların “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Reyestr məlumatından silinməsi üçün Borclu həmin kredit müqaviləsi üzrə borcunun olmamasına dair arayışın ona və “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının üzərinə qoyulmalıdır. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, icra məmuru xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən qanunvericiliyin sadalanan normalarına uyğun hərəkət etmişdir və həmin qərarın ləğvi üçün hər hansı əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-159/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-473/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-473/2020
05.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver