Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-473/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkar, X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin üzərinə 07.08.2021-ci il tarixli 2(005)-3541/2018 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin qoyulmasına dair X2 ərizəsinə baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli 8(005)-438/2021 saylı qərardadından borclunun şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun üzərinə 07.08.2021-ci il tarixli 2(005)- 3541/2018 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmədə cavabdeh Tələbkar qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış, 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı XNK-da o, Tələbkar və Maqerramova Münəvvər-khanum Eynulla qızı arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul olunması barədə qərardadın surətini Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevə versə də, sonuncu icraatı dayandırmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli 8(005)-438/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu qərardaddan şikayət verərək, onun ləğv edilməsini və şikayətinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclunun şikayəti məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın iclasında iştirak edən borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Tələbkar şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli, 2(005)-3541/2018 saylı icra sənədindən göründüyü kimi, iddia təmin edilmiş, X5 və X1 10000 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı Tələbkar Ağabala oğlunun xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş icra işinin materiallarından göründüyü kimi, Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli, 2(005)-3541/2018 saylı qətnaməsi qüvvəyə mindiyindən X4 barəsində İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin aparılması davam edir. Borclu tərəflər arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırdığını və həmin iddianın icraata qəbul edilməsi barədə məhkəmənin qərardadını icra məmuruna təqdim etdiyi halda, icra hərəkətlərinin dayandırılmadığına istinad edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin tələbinə görə, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. X10 tərəfindən təqdim edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3444/2021 saylı 16.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, onun cavabdeh Tələbkar qarşı “23.01.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilmişdir. Göründüyü kimi, icra sənədinin verilməsinə əsas olan tələbə dair (kredit müqaviləsinə dair) borclu tərəfindən iddia qaldırılmış, onun iddiası rədd olunsa da, qətnamə qanuni qüvvəsini almamışdır. Göstərilən hal icra sənədi üzrə icraatın dayandırılmasını şərtləndirir, yəni icraatı dayandırmaq icra məmurunun hüququ yox, vəzifəsidir. Ona görə də icra məmuru «kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə» iddiaya baxılıb yekun vurulanadək 07.08.2021-ci il tarixli 2(005)-3541/2018 saylı icra sənədi üzrə icraatı dayandırmalıdır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməklə, borclunun “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun üzərinə 07.08.2021-ci il tarixli 2(005)- 3541/2018 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin qoyulmasına dair” şikayəti qismən təmin edilməklə, Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətləri qanunsuz hesab edilməlidir. İcra məmurunun üzərinə icraatı dayandırmaq vəzifəsinin qoyulmasına ehtiyac yoxdur, çünki onun hərəkətləri icraatın dayandırılmaması ilə bağlı qanunsuz hesab olunur, bu isə o deməkdir ki, onun üzərinə belə bir vəzifə qoyulub-qoyulmamasından asılı olmayaraq, o, bu qərardada əsasən icraatı dayandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli 8(005)-438/2021 saylı qərardadı ləğv edilsin. X2 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun üzərinə 07.08.2021-ci il tarixli 2(005)-3541/2018 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin qoyulmasına dair” şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətləri qanunsuz hesab edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-473/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-473/2021
14.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver