Məhkəmə qərarları › İş №8(103)-475/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-475/2020

06.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-475/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Ləğv prosesində olan “Bank Standard”xxxxxxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş, Xətai Rayon İcra və Probasiya Şöbəsi rəisinin icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətə dair iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından “Bank Standard”xxxxxxxxxxxxxxxxx” QSC-nin ləğvedicisinin şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Hazırkı mübahisə icra sənədi (icra vərəqəsi) ilə bağlıdır. İcra vərəqəsi Səbail Rayon Məhkəməsi tərəfindən 2(009)-3205/2018 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixdə verilib. İcra vərəqəsində 2 göstəriş qeyd olunub: 1) “Bank Standard”xxxxxxxxxxxxxxxxx” QSC ilə Tələbkar arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ********** nömrəli kredit müqaviləsi üzrə Tələbkar öhdəliklərinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilsin və həmin öhdəlik üzrə cəmi 5.415,46 manat borc ləğv edilsin; 2) həmin kredit müqaviləsi üzrə Tələbkar borcunun olmaması barədə məlumatların “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin reyestr məlumatlarından silinməsi üçün kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Tələbkar və “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilməsi vəzifəsi ləğv prosesində olan bankın üzərinə qoyulsun. İcra vərəqəsi icra edilməsi üçün məhkəmə tərəfindən icra qurumuna göndərilib. Daha sonra icra qurumunun (Xətai Rayon İcra və Probasiya Şöbəsinin) rəisi vəzifəsinin icra edən Vüqar Qasımovun xx.xx.2020-ci il tarixli, 190320/20 nömrəli məktubu ilə həmin icra vərəqəsi icra edilməsi üçün bankın ləğvedicisinə göndərilib. Məhkəməyə müraciət: Ləğvedicisi Xətai Rayon Məhkəməsinə şikayətlə müraciət edərək xahiş edib ki, icra qurumunun rəisi vəzifəsini icra edən Vüqar Qasımovun həmin icra vərəqəsi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilsin. Şikayət onunla əsaslandırılıb ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar ləğvediciyə verilmədən ləğvediciyə bildiriş göndərilib. Bundan başqa, qanunvericiliyə görə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Ona görə də şikayətçi hesab edir ki, icra sənədi üzrə icraat dayandırılmalı və icra sənədinin icrası ilə bağlı görülmüş bütün tədbirlər ləğv edilməlidir. Məhkəmənin qərarı: Xətai Rayon Məhkəməsi həmin şikayətə xx.xx.2020-ci il tarixdə baxaraq onun təmin edilməməsi barədə qərardad qəbul edib. Qərardad onunla əsaslandırılıb ki, şikayətdə istinad olunan halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməyib, ona görə də şikayət əsassız hesab edilir. Məhkəmə qərarından şikayət: Ləğvedici məhkəmə qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş edib. Bu şikayət birinci instansiya məhkəməsinə edilmiş müraciətlə (şikayətlə) eyni qaydada əsaslandırılıb. Xətai Rayon Məhkəməsi şikayətə ilkin olaraq baxıb, onu təmin etməyək işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmə qərarının yoxlanılması: Məhkəmə qərardad ləğv edilməli və məhkəməyə edilmiş müraciətin (şikayətin) rədd edilməsi barədə yeni qərardad qəbul olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəməyə edilmiş müraciətin (şikayətin) mahiyyəti odur ki, icra sənədi üzrə icraat dayandırılmalı və icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlər ləğv edilməlidir. Müraciətin hüquqi əsası kimi “İcra haqqında” Qanunun 17.1.1-ci maddəsinin göstərişinə istinad olunur. Həmin maddəyə görə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Lakin bu maddənin göstərişi kreditor tələblərinə aiddir. Belə ki, oxşar məsələ ilə bağlı şərh Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında verilib. Hazırkı icra sənədindəki tələb kreditor tələb deyil. Digər tərəfdən, bankın ləğv prosesi icra sənədi üzrə icraat zamanı baş verməyib. Mülki işə baxılarkən bank ləğv prosesində idi, məhkəmə icraatına bankın ləğvedicisi cəlb edilməklə qətnamə qəbul edilib, daha sonra isə icra sənədi verilib. Məhkəməyə edilmiş müraciətdə (şikayətdə) istinad olunan digər hal – icra sənədi üzrə icraata başlamaq haqqında qərarın ləğvediciyə verilməməsi icra sənədi üzrə icraatın dayandırılmasına və icra tədbirlərinin ləğv edilməsinə əsas ola bilməz. Ləğvedici qərarın ona verilməməsi ilə bağlı tabelik qaydasında yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər. Beləliklə, məhkəməyə edilmiş müraciətin (şikayətin) rədd edilməsi barədə qərardad əsaslandırılmadığına və bu məsələni tənzimləyən hüquq norması düzgün tətbiq edilmədiyinə görə qərardad ləğv edilməli və yeni qərardad qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Ləğv prosesində olan “Bank Standard”xxxxxxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi tərəfindən verilmiş, Xətai Rayon İcra və Probasiya Şöbəsi rəisinin icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar