Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-476/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Əliyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 92/2018 saylı, xx.xx.2018-ci il tarixli İcra sənədi üzrə Borclu cəmi 25192,72 manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulmalıldır. Ekspertiza xərci cəmi 100 manat cavabdeh Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində Borclu bu günədək 6900 manat məbləğində pul ödəmişdir, icra sənədi üzrə Borclu 18292,72 manat məbləğində borcu qalmasına baxmayaraq borcu ödəməkdən yayınmışdır. İcra sənədi şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borcluya şifahi xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən bu vaxta qədər məhkəmə qərarının icrası könüllü olaraq təmin edilməmiş, həmçinin şifahi xəbərdarlığa hər hansı münasibət bildirilməmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-92/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)- 534/2020 saylı qərardadı ilə xx.xx.1990-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-92/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə ondan cəmi 25192,72 manat pul iddiaçı X1 xeyrinə tutulmalıdır. Eyni zamanda ekspertiza xərci cəmi 100 manat məndən X1 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrası ilə əlaqədar Bakı şəhər Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlu onun ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə Məhkəməyə verdiyi təqdimata baxılaraq məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir və onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Həmin qərardadı aşağıda istinad olunanlara əsasən qanunsuz və əsassız hesab edir, qərardadın ləğv edilməsini, onun ölkədən getmək hüququm məhdudlaşdırımasına dair Bakı şəhər Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlunun təqdimatının təmin olunmaması barədə qərardad qəbul edilməsini zəruri hesab edir. Belə ki, elə məhkəməyə verilmiş təqdimatın məzmunundan da görünür ki, o, icra sənədinin icra edilməsindən qəsdən yayınmır və bu günə kimi icra sənədinin icrası ilə əlaqədar hissə-hissə 6900 manat pul ödəmişdir. Buradan da görünür ki, icra sənədini birdəfəyə icra edmək, yəni qalan borcu birdəfəyə ödəmək iqtidarında deyil. İndiyə qədər borcun xeyli hissəsini ödəmişdir. Hesab edir ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması heç bir halda icra sənədinin icrasına kömək etməyəcəkdir, əksinə onu ölkədən kənarda işləyib və ya bizneslə məşğul olub borcu tam ödəmək imkanından da məhrum edəcəkdir. Hazırda o, icra sənədi üzrə aylıq gəlirimə uyğun olaraq maksimum ödənişlər etməyə çalışır. Qərardadda göstərilir ki, guya icraçı ona icra sənədini könüllü icra etmədiyi üçün xəbərdarlıq edilmişdir və guya həmin şifahi xəbərdarlığa münasibət bildirməmişdir. Bu həqiqətə uyğun deyildir, yuxarıda qeyd etdiyi kimi aylıq gəlirindən maksimum həddə borcun ödənilməsinə sərf edir. Bunu borcdan indiyə kimi 6900 manat pul ödəməyi də sübut edir. İcraçıya da aylıq gəlirindən həmişəki kimi ödəyəcəyini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)- 534/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Borclu şikayəti müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məlumat verilməsinə baxmayaraq tələbkar və Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından mübahisəsiz olaraq müəyyən olunur ki, məhkəmə qərarını könüllü icra etmədiyinə görə borcluya şifahi xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən bu vaxta qədər məhkəmə qərarının icrası könüllü olaraq təmin edilməmiş, həmçinin şifahi xəbərdarlığa hər hansı münasibət bildirilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun qərar qəbul etmiş və şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, “X2 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2017-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun, o cümlədən mütəmadi icra edilməli olan öhdəliklər üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır. ... Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Borclu şikayəti təmin edilməsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-476/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-476/2020
12.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver