Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-478/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-209/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar ləğv prosesində olan «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)- 209/2020 saylı qərardadı ilə "xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair şikayətin təmin edilməməsi qərara alınmışdır. Hazırda tələbkar ləğv prosesində olan «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-209/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunasına dair məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi barədə xx.xx.2020-ci il tarixdə Xəbərdarlıq göndərmişdir. Aşağıda göstərilənlərə əsasən, hesab edirlər ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyevin hərəkətləri qanunsuzdur. Belə ki, Yasamal rayon məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-nin hesabından kredit müqaviləsi üzrə 47600 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 16280 ABŞ dolları məbləğində faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməli və “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Borclu MMC və X1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 673/01 ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədinə Yasamal rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə Yasamal rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 2832/2010 nömrəli məhkəmə qətnaməsinin “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Borclu MMC və X1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 673/01 ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir” ifadəsinə “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilə verilmiş xx xxx 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın mülkiyyətçiyə qaytarılması” kimi izah verilmişdir. Göründüyü kimi Yasamal rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə və icra sənədinə izah verilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunmasına dair tələb yoxdur. Həmçinin “İcra haqqında Azərbaycan Respublikası qanunu”nun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin qanunun 44.1.2-ci və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Qeyd olunanlara baxmayaraq Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-yə icraata başlamaq haqqında "qərar vermədən xx.xx.2020-ci il tarixdə Xəbərdarlıq məktubu göndərmişdir. Həmçinin iş üzrə Borclu MMC Yasamal rayon məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən “xxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin 8(006)-209/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və şikayətin təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Yasamal rayon məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-nin hesabından kredit müqaviləsi üzrə 47600 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 16280 ABŞ dolları məbləğində faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməli və “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Borclu MMC və X1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 673/01 ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədinə Yasamal rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə Yasamal rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 2832/2010 nömrəli məhkəmə qətnaməsinin “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Borclu MMC və X1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 673/01 ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir” ifadəsinə “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilə verilmiş xx xxx 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın mülkiyyətçiyə qaytarılması” kimi izah verilmişdir. İcra icraatı zamanı Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunasına dair məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi barədə xx.xx.2020-ci il tarixdə Xəbərdarlıq göndərmişdir. "xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə yuxarıda qeyd edilən hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətlə məhkəməyə mürsciət etmişdir və mübahisələndirilən qərardadla şikayət təmin olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin qanunun 44.1.2-ci və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)- 209/2020 saylı qərardadı ilə "xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətini təmin edilməməsi ilə bağlıqərar qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunub-olunmamasını araşdırmamışdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-209/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilənləri nəzərə almaqla "xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-478/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-478/2020
12.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver