Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-48/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, borclu X3 və iş üzrə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv olunmuş, icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsi qərara alınmışdır. Nəsimi Rayon İcra və Probasiya Şöbəsi şikayət verərək qərardadın ləğv edilməsini və Maraqlı şəxs müraciətinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, İ.Kərimli və Ş.Məhərrəmova, iş № 8(103)-124/20) şikayət qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv olunmuş, Maraqlı şəxs şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli qərardadı ilə (hakim N.Tağıyeva, iş N 8(006)-253/20) Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş «İcraata xitam verilməsi haqqında» xx.xx.2019-cu il tarixli qərardan Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan Maraqlı şəxs şikayət vermişdir. O, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə onun təqdim etdiyi sübutları qəbul etməmiş, onu dinləməmiş, qarşı tərəfə prosessual baxımdan daha çox imkan yaratmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Borclu məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi tələbkara da göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Nəsimi rayon İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəmədə X4 qarşı iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi 13 saylı ünvanda Borclu tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işdə Maraqlı şəxs müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. xx.xx.2019cu il tarixdə qətnamə icra məmurunun və tərəflərin (tələbkarın, borclunun) iştirakı ilə icra olunmuş, icra prosesində foto və videoçəkilişlər aparılmış, icra barədə akt tərtib olunmuş və icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Paylı mülkiyyət hüququ üzrə 10 kvm yaşayış sahəsi olan bir otağın mülkiyyətçisi Maraqlı şəxs xx.xx.2019-cu ildə şikayətlə məhkəməyə müraciət etmiş və icra sənədinin lazımi qaydada icra olunmadığını bildirərək icra məmurunun xx.xx.2019-cu il tarixli qərarıının ləğv olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə, şikayətçi Maraqlı şəxs Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli «icraata xitam verilməsi haqqında» qərarın ləğv edilməsi ücün hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Odur ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməsi və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli «icraata xitam verilməsi haqqında» qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlvə edilmiş icra məmuru tərəfindən tərtib edilən aktdan və elektron daşıyıcı şəklində işə əlavə edilmiş şəkillər və videodan qətnamənin tamamilə icra olunduğu müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İşdən göründüyü kimi, mövcud icra sənədində göstərilənlər tam şəkildə icra olunmuşdur və bu barədə şikayətdə göstərilən dəlillər əsassızdır. Bu baxımdan birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş «İcraata xitam verilməsi haqqında» xx.xx.2019-cu il tarixli qərardan Maraqlı şəxs şikayətini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Maraqlı şəxs mübahisələndirdiyi icra sənədinin verilməsi üçün əsas olan Nəsimi rayon İcra hakimiyyəti Mənzil-Kommunal X1 qarşı “qapı oyuğunun əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair işdə tərəf yox, müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində iştirak etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin isə Azərbaycan Respublikası MPM-nin 57.2-ci maddəsinin tələbinə görə məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Emin Mehdiyev Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-48/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-48/2021
03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver