Məhkəmə qərarları › İş №8(103)-481/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-481/2020

12.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-481/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İcra qeydi üzrə borcun hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 2283 saylı icra qeydinə əsasən Borclu Tələbkar-nin xeyrinə MM/16758/5 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1.056 manat 65 qəpik və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.076 manat 65 qəpik tutulmalıdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, icra qeydinin hissə-hissə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-140/2020 saylı qərardadı ilə Bakı şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 2283 saylı icra qeydi üzrə Borclu həmin icra qeydinin hissə-hissə icra olunması barədə ərizəsinin təmin edilməmişdir. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)- 140/2020 saylı qərardadından şikayət verərək, işə yenidən baxılması və Tələbkar-nin yeni cədvəli əsasında (hər ay 50 manat olmaq şərti ilə) ödəniş edə bilməsi ilə əlaqədar qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu, tələbkar və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi kollegiyanın iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2.-ci madəsinə əsasən kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 2283 saylı icra qeydinə əsasən Borclu Tələbkar-nin xeyrinə MM/16758/5 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1.056 manat 65 qəpik və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.076 manat 65 qəpik tutulmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi əsasında, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, borclu ərizəsində qeyd olunan məbləği hissə-hissə ödəmək istədiyini bildirsə də, qətnamənin hissə-hissə icra edilməsi üçün mövcud olan müstəsna halları əsaslandırmamış, ərizəsində qeyd etdiyi hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Digər bir tərəfdən, borclu ərizəsində hissə-hissə hansı məbləğdə tutulmasını xahiş etdiyini aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar