Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-483/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Borclu iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018-012 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 58015 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Əkbərli təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş,Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 20 ünvanında olan mənzil üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmiş,qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan hakim yalnız tək icra məmurunun əsassız təqdimatında qeyd edilənlərə əsaslanaraq işə bir tərəfli qiymət vermiş və İş üzrə borclu qismində ona məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş təqdim edilməmiş, məhkəmə baxışının təyin edilməsi barədə məlumatı olmamış və məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin qeyd edir ki, xx.xx.2018-ci il tarixdə onunla “Bank Respublika”-nın Nəsimi filialı arasında bağlanmış 180xx-xx/670389/ İ saylı İpoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Sabunçu rayon, Nardaran qəsəbəsi 20 saylı bağ evi yüklü edilmişdir və müqavilə müddəti xx.xx.2021-ci il tarixdə başa çatır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimata baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 44.3-cü maddəsunə məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü ira üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 89 saylı, xx xxxx 2002-ci il tarixli qərarına əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 20 saylı evə həbs qoyulsa da, həmin evin Borclu yeganə yaşayış yeri olub-olmaması, eyni zamanda həmin evin ipoteka predmeti olubolmaması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi əsaslarla təqdimatı təmin etməklə haqlı olmamışdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş təqdimatın yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Əkbərlinin təqdimatna yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-483/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-483/2020
10.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver