Məhkəmə qərarları › İş №8(103)-484/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-484/2021

22.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-484/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 8(006)-67/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 8(006)-67/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2016-ci il tarixli, 2(001)-8403/2016 saylı icra vərəqəsi üzrə borclu X2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 66 saylı evin, 18 saylı mənzilinin 16.8 kv.m hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Sonradan, borclu X4 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 8(006)-67/2020 saylı qərardadı ilə borclu X1 ərizəsinin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 8(006)-67/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 66 saylı evin, 18 saylı mənzilinin 16.8 kv.m hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Hazırda Tələbkar tərəfindən həmin qərardaddan şikayət ərizəsi ilə məhkəməyə müraciət edilərək, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 8(006)-67/2020 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, borclu X4 onu öz yalanlarına inandıraraq mənzilin üzərindən həbsin götürülməsinə razılıq verməsini və mənzili satıb ona olan borcunu verəcəyini bildirərək, onu həbsin götürülməsinə razı saldı. Lakin indi öyrənmişdir ki, mənzil üzərindən həbs götürülərkən, mənzili başqa bir şəxsin adına keçirəcək. Ona olan borcunu isə ödəməyərək, adına olan əmlakı adından çıxararaq başqa şəxsin adına formal olaraq qeydiyyata aldıracaq. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı tələbkar borclu X1 onun borcunu ödəməyə razı olduğunu bildirərək, şikayətə qanunauyğun baxılmasını xahiş etmişdir. Məkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamışdır Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli qərardad ləğv edilməli və yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) aymüddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, icra sənədinin icrası ilə bağlı hərracda mənzil borca görə tələbkara təklif olunsa da, tələbkar mənzili qəbul etməkdən imtina etmiş, buna görə də icra sənədi geri qaytarılmışdır.İcra sənədi geri qaytarılması isə borcluya məxsus mənzilin üzərindən həbsin götürülməsinə əsas verir. Lakin göstərilənlərə istinad edərkən 1-ci instansiya məhkəməsi icra sənədi icra işini tələb edib, araşdırma aparmadan borcluya məxsus mənzilin üzərindən həbsin götürülməsinə dair ərizəyə hüquqi qiymət vermişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv olunmalı və həbsin götürülməsi barədə borclunun ərizəsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 8(006)-67/2020 saylı tarixli qərardadı ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar