Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-486/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu 2880,03 ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla) və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat tutularaq, tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru, xx.xx.2018-ci il tarixdə məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədinin icrasına xx.xx.2016-cı il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmək və gəlirlər aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş, Yasamal Rayon Məhkəməsi, xx xxxx 2019-cu il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə, şikayət qismən təmin edilərək,Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş və təqdimat yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icra məmuru təqdimatla məhkəməyə müraciət etməmişdən əvvəl borclunun gəlirləri barədə sorğu edib cavab almalı olduğu halda bunu etməmiş, birbaşa borclunun giriş-çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla müraciət etmişdir. Eyni zamanda, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borlcunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Lakin Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən ona bununla bağlı heç bir məlumat verilməmişdir. Yasamal Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtdaborclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi, qanun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Baxılan işin hallarından aydın olur ki, icra sənədinin icrası ilə bağlı qeyd olunan zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu icra sənədinin icrasını üzrlü səbəb olmadan təmin etməmişdir. Belə ki, borclu birinci instansiya məhkəməsində verdiyi izahatında borcu ödəməməsinin səbəbini bankın da ona borclu olması ilə əsaslandırmışdır. Halbuki, iş materiallarına bununla bağlı (borc sənədi, qanuni qüvvəyə minmiş məhkəmə aktı və s.), hətta belə bir sənəd mövcud olduğu halda belə, borcun əvəzləşdirilməsi ilə bağlı hər hansı sənəd əlavə olunmamışdır. Ona görə də, bu hal icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-736/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-486/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-486/2020
18.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver