Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-487/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(103)-4578/2020 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhər Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına baxılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 8(007)-217/2021 saylı qərardadından Borclu şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhər Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4578/2020 saylı, 28.07.2020-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər X1, X4 və Borclu iddiaçı Tələbkar xeyrinə 1500 manat pul vəsaitinin tutulması qərara alınmışdır. İcra sənədi 30.11.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranı təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət qeydiyyat orqanlarına sorğular edilmiş və əldə olunan məlumata əsasən Borclu adına Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsi aşkar edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 8(007)-217/2021 saylı qərardadı ilə təqdimat təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(103)-4578/2020 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 996b saylı bağ sahəsinin bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin 23.08.2021-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətində qərardadın ləğv edilməsini, təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsi ilə ondan vurulmuş maddi ziyana görə 12000 manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, həmin qətnamənin icra edilməsi məqsədi ilə Nizami rayon İcra şöbəsinin icra məmuru A.Qasımovun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin 8(007)-284/2020 saylı qərardadı ilə torpaq sahəsinə həbs qoyulmuş, hazırda icra tədbirləri davam etdirilir. Həmin qətnamədən görünür ki, torpaq sahəsi sadəcə formal olaraq onun mülkiyyətində olmuş, Pənah Pənahovun vəsaiti hesabına alınmış, sonuncunun da istifadəsində olmuşdur. Qətnamənin icrası məqsədi ilə həmin torpaq sahəsi üzərinə həbs qoyulduğundan eyni torpaq sahəsi üzərinə başqa bir yönəltmə qanunsuzdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Bakı Apelyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli, 2(103)-4578/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X4 və Borclu tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin olunmaması, iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı səhəri Nizami Rayon Məhkəməsinin 08 mav 2019-cu il tarixli 2(007)-1443/20T9 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddia həmin hissədə qismən təmin olunması, cavabdehlər X1, X4 və Borclu iddiaçı Tələbkar xeyrinə 1500 manat pul vəsaitinin tutulması, qətnamənin apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında 30.11.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. Elektron icra sistemindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,03 ha olan 996b saylı bağ sahəsinin bir hissəsi Borclu adına qeydiyyatdadır. Elektron sistemdən çıxarışda borclunun adına bağ sahəsinin bir hissəsinin qeydiyyatda olması göstərilmiş, məhkəmə də buna əsasən bağ sahəsinin bir hissəsinin üzərinə həbs qoyulması qənaətinə gəlsə də, Borclu adına qeydiyyatda olan Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,03 ha olan 996b saylı bağ sahəsinin bir hissəsinin nəyi ifadə etməsini aydınlaşdırmamışdır. Digər tərəfdən iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-284/2020 saylı 23.11.2020-ci il tarixli qərardadından görünür ki, Nizami rayon İcra şöbəsinin icra məmuru A.Qasımovun təqdimatı təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(007)-2020 saylı 16.06.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 996b saylı bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. Borclu qeyd edilənləri birinci instansiya məhkəməsinə ünvanladığı ərizə, eyni zamanda hazırki qərardaddan vermiş olduğu şikayətdə qeyd etsə də, məhkəmə tərəfindən bu hala da qiymət verilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır. Məhkəmə tərəfindən qeyd olunan hallar ətraflı araşdırılmadan təqdimatın təmin edilməsi qənaətinə gəlinmişdir. Odur ki, Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və sadalanan hallar araşdırılmaqla təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 8(007)-217/2021 saylı qərardadı ləğv edilsin və Bakı Apelyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(103)-4578/2020 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhər Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına yenidən baxılması üçün iş Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-487/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-487/2021
20.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver