Məhkəmə qərarları › İş №8(103)-488/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-488/2020

16.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-488/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Tələbkar “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar “xxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-167/2017 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu 59186,57 ABŞ dolları əsas, 4596,48 ABŞ dolları dəbbə, cəmi 64283,05 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq, iddiaçı xxxxxxxxxx ASC-yə ödənilməsi, tələbin cavabdeh Borclu məxsus olan və ipoteka ilə yüklü edilmiş 2014-cü il buraxılışlı, ağ rəngli, WP0ZZZ97ZEL080320 ban, mühərrik 000947 nömrəli Porsche Panamera markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh Borclu iddiaçı xxxxxxxxxx ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Daha sonra tələbkar xxxxxxxxxx ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-167/2017 nömrəli qətnaməsininicra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-39/2020 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)- 167/2017 nömrəli icra sənədi üzrə icra üsulu və qaydası dəyişdirilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-167/2017 saylı icra sənədi üzrə Borclu 59186,57 ABŞ dolları əsas, 4596,48 ABŞ dolları dəbbə, cəmi 64283,05 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq, iddiaçı xxxxxxxxxx ASC-yə ödənilməsi, tələbin cavabdeh Borclu məxsus olan və ipoteka ilə yüklü edilmiş 2014-cü il buraxılışlı, ağ rəngli, WP0ZZZ97ZEL080320 ban, mühərrik 000947 nömrəli, Porsche Panamera markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, satışdanəldə edilmiş vəsait hesabına cavabdeh Borclu iddiaçı xxxxxxxxxx ASC-yə olan borcunun ödənilməsi üsulu, ümumi qaydada ipoteka predmetinə tutma yönəldilmədən, Borclu 59186,57 ABŞ dolları əsas, 4596,48 ABŞ dolları dəbbə, cəmi 64283,05 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq xxxxxxxxxx ASC-yə ödənilməsi üsulu ilə dəyişdirilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(103)-272/2020 nömrəli qərardadına əsasən Borclu şikayəti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-39/2020 nömrəli qərardadı ləğv edilmiş və növbəti prosessual hərəkətlərin edilməsi üçün material Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə tələbkar “xxxxxxxxxx” ASC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(011)-167/2017 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan ərizəçinin nümayəndəsi şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, X3 Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündə, Borclu məxsus 2014-cü il buraxılışlı, ağ rəngli, WP0ZZZ97ZEL080320 ban, mühərrik 000947 nömrəli, Porsche Panamera markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək və saxta qeydiyyat şəhadətnaməsi hazırlanaraq, Gürcüstana təkrar idxal etməmək niyyəti ilə keçirildiyi göstərilmişdir. Buna görə hesab edirlər ki, icra üsulu dəyişdirilməlidir. “xxxxxxxxxx” ASC-nin həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar bankın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclu, eləcə də icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiklərindən, işə onların (nümayəndələrin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etmədiyi zaman ona əsaslanmışdır ki, qətnamənin icrası ilə bağlı icra mərhələsində ipoteka predmeti olan avtomobilin mövcud olmaması (məhv olması və.s), qalıq məbləğin tam ödənilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün ərizə ilə yenidən məhkəməyə müraciət edilməsinə də zərurət yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icra üsulunun və qaydasının dəyişdirilməsi institutunu nəzərdə tutsa da, bu institut “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və borclunun əmlak vəziyyətinin icra sənədinin icrasına imkan verməyəcək dərəcədə ağır olduğu ortaya çıxdıqda tətbiq oluna bilər. Kollegiya onu da qeyd edir ki, ərizəçinin nail olmaq istədiyi əvəzləşdirmənin adı çəkilən institut çərçivəsində tətbiqi mümkün deyildir. Çünkü qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz. Qətnamədə cavabdehdən alınmalı olan pulun yekun məbləği göstərildiyindən, icra mərhələsində ipoteka predmeti olan avtomobilin mövcud olmaması (məhv olması və.s) icra məmuruna yaxud tələbkara əsas vermir ki, onlar icra üsulunun dəyişdirilməsi adı ilə təkrarən ərizə yaxud təqdimatla məhkəməyə müraciət etsinlər və qət olunan həmin məbləğin hər bir halda cavabdehdən alınmalı olduğunu təkrarən müəyyən etsinlər. Kollegiya onu da izah edir ki, tələbkarın icra məmurundan öz vəzifəsinin icrasını tələb etmək ixtiyarı vardır. Əgər icra məmuru vəzifələrini icra etmədikdə, icra məmurlarının bu cür qanunsuz hərəkətləri baş verərsə dərhal yuxarı icra orqanına yaxud icra sənədinə nəzarət edən məhkəməyə şikayət edilə, o cümlədən bu cür hallara yol verən icra məmurları barəsində tədbir görülməsi tələb edilə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar