Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-489/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, Tələbkar1, Tələbkar2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-533/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: “xxxx” MMC-nin direktoru Məmmədov Dönməz Əbdülxaliq oğluməhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 xx xxxxxx 2020-ci il tarixli borclunun axtarılması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-533/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu tərəfindən qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar1 şikayət ilə razılaşmayaraq qeyd etdi ki, hazırkı iş üzrə məhkəmə mübahisələri 4 ildir ki, davam edir. Bu iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq həmin qətnamə əsassız olaraq icra edilmir, heç bir ödəniş edilməmişdir. Odur ki, şikayətin təmin edilmədən, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar2 şikayət ilə razılaşmayaraq bildirdi ki, şikayət əsassızdır, borclu “xxxx” MMC tərəfindən hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və digər tələbkar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra haqqında Qanunun 27.1-ci maddəsindən göründüyü kimi, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Qanunun 27.5.-ci maddəsinə görə borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən icta sənədinin icrasını təmin etmək üçün qanunla müəyyən olunmuş tədbirlər görülür. Qanunun 44.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasları hesab olunur. Beləliklə, müəyyən olunur ki, borclu haqqında axtarışın elan edilməsi, eyni zamanda borclunun əmlakına həbs qoyulması kimi məcburi icra tədbirinin tətbiq edilməsinə icra vərəqəsinin icra məmuruna təqdim edilməsi və onun tərəfindən icraata başlanılması haqqında qərarın qəbul edilməsi əsas verir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ərizəsini rədd etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-533/2020 saylı, xx xxxxxxxx 2020-ci iltarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-489/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-489/2020
18.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver