Məhkəmə qərarları › İş №8(103)-490/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-490/2020

16.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-490/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allhverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Tələbkar Seyidəli qızının vəkili X5 iştirakı ilə, X1nun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8963/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin hissəhissə icra edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-620/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (borclu) X4 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8963/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə Yasamal Rayon Məhkəməsinin 8(004)-620/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Qərardadda "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15, Mülki Prosesual Məcəlləsinin 231.1, Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, borclu borcunu bir dəfəyə ödəmək imkanının olmaması, qətnaməni icra edə bilməməsinin səbəbləri, əmlak vəziyyəti barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin, qətnamənin 18 ay müddətində hissə-hissə icra edilməsi onun icrasının xeyli müddətə uzadılmasına gətirib çıxaracaqdır və hazırki halda tələbkarın mövqeyi hissə-hissə icrasına hər hansı əsaslar olmadığını nəzərə alınmalıdır. Ərizəçi (borclu) qərardaddan şikayət verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-620/2020 saylı qərardadının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8963/2019 saylı qətnaməsi ilə tutulması qət edilmiş pul vəsaitinin hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 16. 17 və 18; Mülki Prosessual Məcəlləsinin 8, 231, 267 və 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, hal-hazırda bütün dünyada COVİD-19 pandemiyasının yayıldığı ağır bir vəziyyətdə onun 20000 manat məbləğində pulu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. İmkanı daxilində ödənişləri edir və bundan sonrakı dövrdə də etməyə hazırdır. Belə ki, ilkin olaraq onun tərəfindən qarşı tərəfə artıq 900 manat ödənilmişdir. Bundan əlavə aylıq əmək haqqı alır və hər ay şəxsən ödəyəcəyi ödənişlərlə yanaşı borcun əmək haqqına yönəldilməsinə də heç bir etirazı yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-620/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar Seyidəli qızının vəkili X9 apellyasiya şikayətini qəbul etməyərək, borclunun icranı həyata keçirmək üçün kifayət qədər vəsaitinin olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən X1nun, Bakı şəhər Yasamal Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 129; MPM-nin 15, 231, 385, 395-400, “İcra haqqında” Qanunun 2.1, 3, 15-ci maddələrinə əsasən qeyd edir ki, qərardadda göstərilən əsasları (işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallar ilə bağlı) təkzib edən heç bir sübut şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Yuxarıda göstərilənləri və MPM-in 263, 398-cimaddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-620/2020 saylı xx.xx.2020-ci qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar