Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-490/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi X1, Borclu iştirakı ilə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 8(010)-242/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Teymur Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasma dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-2092/2020 saylı 10.09.2020-ci il tarixli icra sənədi üzrə Borclu və digərləri müştərək qaydada cəmi 19427,06 ABŞ dolları və 30 manat tutularaq tələbkar Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 16.11.2020-ci il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu şəxsən təqdim olunmuş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hal-hazırda tələb üzrə 19742 ABŞ dollar borcu var. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 8(010)-242/2021 saylı qərardadına əsasən təqdimat təmin olunaraq, Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş 2(010)-2092/2020 saylı, 10.09.2020- ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ həmin icra sənədi üzrə borc bitənədək müvəqqəti məhdudlaşdırılması qət olunmuşdur. Borclu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 8(010)-242/2021 saylı qərardadından verdiyi şikayət, həmin məhkəmənin 12 avqust 2021-ci tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətində qeyd edir ki, məhkəmə prosesi zamanı onun iştirakı təmin edilməmiş, bu səbəbdən də sübutlar təqdim edə bilməmişdir. Belə ki, borclu Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş 2(010)-2092/2020 saylı 10.09.2020- ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, bu barədə icra məmuru da məlumatlandırmışdır. Eləcə də, borclu İcra Şöbəsinə yazdığı izahatda borcunu hissə-hissə ödəməyə hazır olduğunu da bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayəti müdafiə etdi, qərardadın ləğv edilərək, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar ASC-nin nümayəndəsi X3 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunu və tələbkarın nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 8(010)-242/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş 2(010)-2092/2020 saylı 10.09.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu və digərlərindən müştərək qaydada cəmi 19427,06 ABŞ dolları və 30 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon İcra və Probasiya şöbəsinin 16.11.2020-ci il tarixli "icraata başlamaq haqqında" qərarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 2092/2020 nömrəli 10.09.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Borclu qərarın alt hissəsində həmin qərarın surətini 18.11.2020-ci il tarixdə şəxsən qəbul edərək imza etmişdir. Suraxanı rayon İcra Şöbəsində Borclu 05.05.2020-ci il tarixində alınmış yazılı izahatdan müəyyən olunur ki, borclu Suraxanı rayon məhkəməsinin 2(010)-2092/2020 saylı, 10.09.2020-ci il tarixli icra sənədi üzrə ödəniş etməyə imkanı yoxdur. Heç yerdə işləmir. Həmin məbləği hissə-hissə ödəməyə hazırdır. Ona hüquq və vəzifələri izah olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə qeyd etmişdir ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinin 16.11.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən Suraxanı rayon Məhkəməsinin 2(010)-2092/2020 saylı, 10.09.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Borclunun şəxsən 18.11.2020-ci il tarixdə qəbul etdiyi “icraata başlamaq haqqında” qərarda ona Suraxanı rayon Məhkəməsinin 2(010)-2092/2020 saylı, 10.09.2020-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. Suraxanı rayon İcra Şöbəsində Borclu 05.05.2021-ci il tarixində alınmış yazılı izahatdan müəyyən olunur ki, borclu Suraxanı rayon Məhkəməsinin 2(010)-2092/2020 saylı, 10.09.2020-ci il tarixli icra sənədi üzrə yaranmış hüquq və vəzifələri barədə məlumatlandırılmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, borclu hazırkı dövrə qədər icra sənədini icra etmək üçün heç bir təşəbbüs göstərmədiyi və məhkəmə qərarının icrasından yayındığı üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(010)-2092/2020 saylı qərardadı ilə Borclu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2092/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-6524/2021 saylı qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(010)-2092/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Buna görə də, borclunun ona aid hissədə qətnamədən məhkəmədə işə baxılması ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 8(010)- 242/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-490/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-490/2021
22.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver