Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-490/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı iş üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5702/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra X6nin təqdimatı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-625/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)- 5702/2021-016 nömrəli qətnaməsi ilə nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların anası Tələbkar yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
2. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra X6 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5702/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, lakin borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hazırkı tarixə olan aliment borcu 17.000 manat təşkil edir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)- 625/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5702/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
5. Borclu qərardaddan şikayət verərək onun ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatın hüquqi əsası olmamış və onun sərbəst hərərəkət etmək hüququ qanunsuz olaraq məhdudlaşdırmışdır. Hazırki vəziyyətdə mənfəətin bölüşdürülməsinə dair cəmiyyət tərəfindən hər hansı qərar qəbul edilməmiş, divident əldə edilməmişdir. Məhkəmə təqmiata əsas olmuş faktiki halları yoxlamamış təqdimatın hüquqi və faktiki əsasını araşdırmamışdır. Təqdimatı vermiş icra məmuru tələbinin əsasının haradan yarandığını əsaslandırmamış, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə qərardadda qeyd etdiyi və icra məmuru tərəfindən formal olaraq müəyyən etdiyi borcun olması işin hallarına uyğun gəlmir. Məhkəmə təqdimatda qeyd edilmiş borcun haradan yaranmasını, hası səbəbdən yarandığını araşdırmamışdır.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
10. Borclunun nümayəndəsi və vəkili ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə təqdimatın əsasını təşkil edən Xətai rayon İcra Şöbəsini İcra X6 tərəfindən Borclu Miryüsif oğlunun 17.000 manat məbləğində borcunun olmasınına dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan şikayət verilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-764/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş və Xətai rayon İcra Şöbəsini İcra X6 tərəfindən Borclu Miryüsif oğlunun 17.000 manat məbləğində borcunun olmasınına dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ləğv edilmişdir. Qərarın surətini qısa zaman ötdüyündən və sistemə əlavə edilmədiyindən təqdim etmək mümükün deyil, lakin buna dair elektron məhkəmə sisitemindən çıxarışları, şikayət ərizəsinin mətnini və məhkəmə bildirşi təqdim edilir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-625/2025 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir.
11. Tələbkarın nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qarşı tərəfin ərizəsi ilə göstərdirdiyi faktlar həqiqəti tam əks etdirmir. Şikayətin hələki qismən təmin olunması işin bitməsi və qanuni qüvvəsini alması anlamına gəlmir. Hüquqlarını müdafiə etdiyi Tələbkar Borclu təqsirindən baş vermiş yol nəqliyyat hadisə zamanı xəsarətlar almış, nəticədə sağlamlıq imkanları məhdudlaşmış və Tələbkar üçüncü qrup əlil olmuşdur. Tələbkar əməliyyatlarına 23.000 pul xərclənmiş, lakin Borclu bu pulu da ödəməkdən boyun qaçırmışdır. Tələbkar iki uşağını tək böyütməkdədir, Borclu uşaqlarını aylarla görmür və onlarla maraqlanmır, atalıq fəzifəsini yerinə yetirmir. Əksinə mütamadi olaraq xarixi ölkələri gəzməklə məşğuldur. Yığılmış alimentin ödənilməsindən bilinçli şəkildə yayınır. Odur ki, şikayətin təmin olunmamasına və qərardadın qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
14. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.https://e-qanun.az/framework/1406 Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-625/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir və bununla razılaşmayan tərəflərdən hər biri icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
17. Hazırda borclu tərəf Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-764/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə icra məmuru tərəfindən borclunun 17.000 manat məbləğində aliment borcunun olmasınına dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edildiyinə istinad etsə də, nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilikdə həmin qərardaddan şikayətin verilməsi imkanı, şikayət verildiyi təqdirdə işlə birlikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur.
18. Bundan başqa, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra (hazırki iş üzrə onun icra sənədi üzrə aliment borcunun olmaması qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edildikdə) həmin məhdudlaşdırmanın götürülməsi icra məmurunun icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarı əsasında həyata keçiriləcəkdir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur.
20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-625/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: