Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-492/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-465/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-465/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X2 qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədinə əsasən təqsirləndirilən şəxslər Borclu və N.Kakayevdən müştərək qaydada zərərçəkmiş şəxs Hafiz Ağamalıyevin xeyrinə vurulmuş ziyana görə 34.800 manat pul ödənilməlidir. Sonradan ona məlum olmuşdur ki, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov əsassız olaraq qeyd olunan icra sənədi üzrə icraata xx xxxxxx 2020-ci il tarixli qərarı ilə xitam vermişdir. Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov əsassız olaraq qeyd olunan icra sənədi əsasında xx xxxxxx 2014-cü ildə başladığı icraata xx xxx 2019-cu il tarixdə xitam vermişdir. Həmin icra sənədinə xitam verilməsini belə əsaslandırmışdır ki, Borclu xx xxxxxx 2012-ci il tarixdə 17.460 manat pul vəsaitini Bakı Apellyasiya Məhkəməsinin depozit hesabına qoymuşdur. Bununla da icra sənədinin guya icra olunduğu qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan icra sənədində, həmçinin mübahisələndirilən hazırki qərarda da borclular iki nəfər Borclu və Nəriman Kakayev olduğu və onlardan müştərək qaydada 34.800 manat tutulmalı olduğu halda hansı əsasla qeyd olunan icra sənədinə xitam verilə bilər. Bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. O, həmin qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun2020-ci il tarixli, 8(001)-288/2020 saylı qəradadı ilə şikayəti təmin olunmuş, Binəqədi rayon icra və probasiya şöbəsinin xx xxx 2019-cu il tarixli qərarı ləğv olunmuş və qeyd olunan icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərarda aydın şəkildə yazılmışdır ki, xx xxx 2019-cu il tarixli “icraata xitam verilməsi” barədə qərarda icra sənədinin Borclu aid hissədə icra olunması qeyd olunsa da digər borclu N.Kakayevin icra sənədi üzrə borcunun təmin edilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Müvafiq qanuna əsasən icra sənədinə icra vərəqəsi tam icra olunduqda xitam verilə bilər. Həmin icra sənədindən də göründüyü kimi icra vərəqəsi borclulardan müştərək qaydada tutulmasını ehtiva edir və icra sənədində kimin hansı məbləğdə pul ödəməli olduğu qeyd olunmamışdır. Bundan əlavə, cinayət iş materiallarında da Borclu əlyazmasında bütün pulları o, aldığını etiraf etmişdir. Hesab edir ki, Borclu tərəfindən icra sənədində göstərilən pulun yarısının ödənilməsi həmin icra sənədinin tam icra olunması anlamına gəlmir. Bununla yanaşı ən əsası isə hazırki iş üzrə məsələyə artıq bir dəfə baxılmış və Binəqədi Rayon Məhkəməsi tərəfindən icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Bundan sonra necə ola bilər ki, icra məmuru qərarı saxtalaşdıraraq icraata yenidən xitam vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(001)-465/2020 saylı qərardadı iləşikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tələbkara, borcluya və Binəqədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar məhkəmə iclasında iştirak etməmiş, icra şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə qənaətini onunla əsaslandırmışdır ki, Borclu tərəfindən icra sənədi üzrə 17460 manat pul vəsaiti X2na ödənildiyindən, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraatına Borclu aid hissədə xitam verməkdə haqlı olmuşdur. Bu səbəbdən X1 Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir Apellyasiya instansiya məhkəməsi hesab edir ki, X1 şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-465/2020 saylı qərardadı ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Əvvəla, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməz. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədinə əsasən təqsirləndirilən şəxslər N.Ə.Kakayevlə Borclu müştərək qaydada zərərçəkmiş şəxs H.R.Ağamalıyevin xeyrinə vurulmuş ziyan hesabına 34.800 manat tutulmalıdır. İcra məmuru Bəxtiyar İsmayılovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Borclu tərəfindən icra sənədi üzrə 17460 manat pul vəsaiti X2na ödənildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2011 saylı, xx xxxx 2012-ci il tarixli icra sənədi üzrə icraata Borclu aid hissədə xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, icra sənədində vurulmuş ziyanın borclulardan müştərək qaydada tutulması açıq-aydın göstərilmişdir. Yəni, ziyanın iki borcludan müştərək qaydada tutulması o demək deyil ki, onlarin hər biri həmin ziyanın yarısını ödəməlidirlər. Əgər bu cür qərar yoxdursa, demək onlardan biri də ziyanı tam ödəyə bilər və ödəməlidir. Ziyanı tam ödəmiş şəxs isə sonradan digər tərəfdən bunun əvəzini tələb edə bilər. İkincisi, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməməsinə nəinki əhəmiyyət verməmiş, əksinə bu qərarı qəbul edərkən icra məmurunun haqlı olduğunu göstərmişdir. Üçüncüsü, şikayətdə bu dəlillər açıq-aşkar göstərilsə də birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinin ona verdiyi prosessual imkanlarından istifadə etmək əvəzinə, əksinə özünün xx xxxxxxx 2020-ci il tarixli, 8(001)-465/2020 nömrəli əsassız qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: X1 oğlunun şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)- 465/2020 saylı qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-492/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-492/2020
16.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver