Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-493/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-517/2020 №-li iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardaddan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 2(001)-5657/2019 saylı mülki işlə əlaqədar xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə təqdimatı təmin etməmişdir. İcra məmuru həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və tərəfindən verilmiş təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-ci maddəsinə görə, icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM) ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. MPM-nin 231.4-cü maddəsinə görə, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, şikayət yalnız icra üzrə icraatın dayandırılması barədə qərardaddan şikayət verilə bilər, icraatın dayandırılmaması barədə qərardaddan şikayətin verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa Məhkəmə qeyd edir ki, nə “İcra haqqında” Qanunda nə də ki, MPMdə icra məmurunun bu kimi qərardadlardan şikayət verməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə baxmayaraq Rayon Məhkəməsi icra məmuru tərəfindən verilmiş şikayəti qaytarmamış, ona mahiyyəti üzrə baxmış və hətta baxılması üçün şikayəti apellyasiya instansiya məhkəməsinə də göndərmişdir. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-517/2020 №-li iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadından Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-493/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-493/2020
02.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver