Məhkəmə qərarları › İş №8(103)-494/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-494/2020

19.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-494/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)- 34/2020 saylı qərardadından tələbkar ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(001)- 1866/2009 saylı icra sənədi icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru Vüqar Alıyev tərəfindən xx xxxxxx 2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fondu həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(001)- 34/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, icra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmurunun xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu məhkəməyə şikayətlə müraciət edərək xx xxxxxx 2020-ci il tarixli 8(001)- 34/2020 saylı qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 8(103)-142/2020 saylı qərardadı ilə Borclu şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 8(001)- 34/2020 saylı qərardadı ləğv edilmiş, İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx xxxxxx 2017-ci il tarixli qərarından ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fondu Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-34/2020 saylı qərardadının ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında borcun tam ödənilməsi göstərilsə də borclu tərəfindən tələbkara 103395,2 manat qalıq borcu qalmışdır. Ona görə də icra məmurunun icra sənədinin icraatına xitam verilməsi qanunsuzdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkarın səlahiyyətli nümayəndəsi,Borclu Elmixan oğlu və Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(001)- 1866/2009 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC ilə Borclu Elmixan oğlu arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Borclu Elmixan oğlundan ümumilikdə 171.695,20 manat borcun tutularaq “xxxx” ASC-yə ödənilməsi; “xxxx” ASC-nin qarşısında yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsində istifadədə olan 0,0489 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binada 62,4 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 26 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin cavabdehdən tutulmalı olan kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə ilə iddia tələbi “mənzilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsi üçün kifayət etmədiklə məbləğin qalan hissəsi cavabdehə məxsus olan əmlaklara yönəldilsin” hissəsində əsassız olduğundan və konkret əmlakların dairəsi müəyyən edilmədiyindən təmin edilməmişdir. İşə əlavə edilmiş X1 Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2009-cu il tartixli 07/1353 saylı məktubun surətindən görünür ki, Borclu ilə Bank arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq xx xxxxxx 2009-cu il tarixli 005 saylı İpoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş ona məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X2 küçəsində istifadədə olan 0,0489 ha torpaq sahəsində yerləşən 2 nömrəli 5 mərtəbəli binada 62,4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 26 nömrəli mənzilin satılmasına, özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin götürülməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 8(103)-142/2020 saylı qərardadından görünür ki, apellyasiya instansiyası məhkəməsi Borclu banka borcunun qalıb-qalmamasının, qalıbsa qalığ borcun nə qədər təşkil etməsinin, ipoteka ilə yüklü edilmiş əmlakın satılaraq, icraya yönəldilibyönəldilməməsinin araşdırılmasının zərurətini qərardadında qeyd etmişdir. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunanları nəzərə alaraq ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna iki dəfə sorğu ünvanlamışdır. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavab məktubu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş və məktubda aşağıdakılar qeyd olunmuşdur: “ ... Borclu ləğv prosesində olan “xxxx” ASC qarşısında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(001)- 1866/2009 saylı icra vərəqəsinə əsasən 171695.20 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra 68300 manat məbləğində ödəniş ödənilmiş, 103395.20 manat və 20 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur”. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə qeyd olunan məzmunda məktub göndərməklə kifayətlənmiş, sorğuya cavaba hər hansı sənəd, arayış əlavə etməmişdir. Göründüyü kimi, tələb olunan sübutların təqdim olunması üçün işə baxan birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, lakin məhkəmə iclaslarına hər dəfə yalnız Borclu nümayəndəsi və vəkili Vəkil gəlmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsindən icra işi də bir neçə dəfə rəsmi məktublar göndərilməklə tələb edilsə də, icra işi məhkəməyə təqdim olunmamış, icra məmuru məhkəmə iclaslarına gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru tələbkar bankın məktubuna istinad edilərək, xx xxxx 2009-cu il tarixli 2(001)- 1866/2009 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda tələbkar borclunun ödənilməmiş borcun qalmasını bildirərək, Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Tələbkar Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunutərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar