Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-494/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Ramiz Quliyev Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2988/2019 nömrəli, 20.08.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icraatında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2988/2019 nömrəli, 20.08.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 102.230 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 05.08.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı burclu Borclu bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir. “Elektron İcra” İnformasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemi ilə inteqrasiyası nəticəsində Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40,90 kv.m olan, 2 otaqdan ibarət 46-47 saylı mənzil və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 123,50 kv.m olan, 3 otaqdan ibarət 46-47-48 saylı mənzillər aşkar edilmişdir. Qeyd edilənlərə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2988/2019 nömrəli, 20.08.2019-cu il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1969-cu ildə anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40,90 kv.m olan, 2 otaqdan ibarət 46-47 saylı mənzil və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 123,50 kv.m olan, 3 otaqdan ibarət 46-47-48 saylı mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 8(005)-428/2021 nömrəli qərardadı ilə təqdimat qismən təmin edilərək, Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 123,50 kv.m olan, 3 otaqdan ibarət 46-47-48 saylı mənzillərin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilməsi, qalan hissədə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 8(005)- 428/2021 nömrəli qərardadından şikayət verərək ləğv edilməsini və həmin əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, borclu nə qeydiyyatda olduğu ünvanda, nə də mübahisəli ünvanda yaşayır, onun bildiriş və məktublardan xəbəri olmamışdır. Əmlakın üzərinə həbs qoyulması tamamilə yanlışdır və qərardad bu səbəbdən ləğv edilməli, mənzillərin üzərindəki həbs götürülməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 8(005)- 428/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. (maddə 50.1 və 50.2). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2988/2021 nömrəli, 20.08.2019-cu il tarixli icra vərəqinin surətindən və məzmunundan görünür ki, iddia qismən təmin edilərək, cavabdeh Borclu 102.000 (bir yüz iki min) manat məbləğində beh üzrə pul vəsaiti, 200 (iki yüz) manat məbləğində vəkil xidməti xərci və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 102.230 (bir yüz iki min iki yüz otuz) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, Borclu adına ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,90 ha olan, 2 otaqdan ibarət 46-47 saylı mənzil və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 123,50 kv.m olan, 3 otaqdan ibarət 46-47-48 saylı mənzillər qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Ramiz Quliyevin 05.08.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, müvafiq tələbin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair qeyd edilən qərar bildirişlə birlikdə Borclu göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, icra sənədi üzrə tutulmalı olan borcun məbləğini, habelə tələbkarın maraqlarını nəzərə alaraq, borcluya məxsus əmlakın üzərinə həbs qoymaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, icra sənədi üzrə tələb ödənilmədiyinə görə borcluya məxsus mənzillərin üzərinə həbs qoyulmalıdır. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən qərardadın ləğv olunması və ya üzərinə həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsinə dair şikayətin dəlili əsassızdır. Mülki-Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-428/2021 saylı saylı, 14 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-494/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-494/2021
23.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver