Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-495/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Maraqlı şəxs X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-445/2020 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-927/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu DSMF-nin Binəqədi rayon icra şöbəsinin xeyrinə 20.187,20 manat məbləğində pulun tutulması əmr edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrası ilə əlaqədar borclunun adına aşkar olunmuş avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 8(001)- 3080/2018 nömrəli qərardadı ilə təqdimat təmin edilərək, “Forland” yük markalı, 10-XB- 764 dövlət qeydiyyat nişanlı, “FAW 6350” yük markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı, “Foton Forla” yük markalı, **- KC-*** dövlət qeydiyyat nişanlı, “FAW Ca 1010A2” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı, “FAW” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı, “FAW” yük markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda maraqlı şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, “FAW Ca 1010A2” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-445/2020 saylı qərardadı ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair maraqlı şəxs X3 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan maraqlı şəxs X3 şikayət verərək, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-445/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-445/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X3 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Tələbkar, borclu və Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, maraqlı şəxs X3 “FAW Ca 1010A2” markalı, **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyil, o, həmin avtomobili etibarnamə əsasında idarə edir. Bu da öz növbəsində X2 bu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini tələb etmək hüququ vermir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)-445/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-495/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-495/2020
11.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver