Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-499/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-54/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Kamran Mirzəyevin Borclu məxsus “Mercedes Benz E270 CDİ” minik markalı, 99GP588 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)- 54/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-946/2018 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus “Mercedes Benz E270 CDİ” minik markalı, 99GP588 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)-54/2020 saylı qərardadından şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 8(103)-205/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)-54/2020 saylı qərardadı ləğv edilərək, iş materialları ilə birlikdə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Binəqədi Rayon Məhkəməsinin 8(001)-54/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, təqdimat təmin edilərək, Borclu məxsus “Mercedes Benz E270 CDİ” minik markalı, 99GP588 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və “Mercedes Benz E270 CDİ” minik markalı, 99GP588 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borcluya məxsus “Renault Megane” markalı avtomobilə və 0.6 ha torpaq sahəsinə də Binəqədi Rayon Məhkəməsinin 8(001)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli qərraddaı ilə həbs qoyulmuşdur. Bütün bu əmlak borcun ödənilməsi üçün kifayət etdiyindən, əlavə olaraq hazırda sözügedən avtomobilə də həbs qoyulması barədə təqdimat əsassızdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, birinci instasniya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. Həmin Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. İş materiallarından müəyyən olunur ki, borclu icra sənədində göstərilən məbləği könüllü icra üçün müəyyən olunmuş müddətdə ödəməmiş və bununla da icra sənədini icra etməmişdir. Buna görə də, icra şöbəsi tərəfindən borcluya məxsus “Mercedes Benz E270 CDİ” minik markalı, 99GP588 dövlət qeydiyyat nişanlı avtomobilin olduğu aşkar edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb tam olaraq icra olunmamışdır. Beləliklə, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında borclu tərəfindən ödənilməli olan məbləğ ödənilmədiyindən və icra sənədi icrasız qaldığından borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı birinci instasniya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Borclu şikayətində 0.6 ha torpaq sahəsinə də həbs qoyulduğunu bildirmişdir. Lakin borclu bu barədə hər hansı sübutu məhkəmyə təqim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Bu səbəbdən də, həmin hal qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-54/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-54/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-499/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-499/2020
13.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver