Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-5/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-498/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraata yönləndirərək müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılması və icra məmurunun hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, Yasamal Rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2024cü il tarixli icraata xitam verilməsi haqqında qərarında qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat materiallarını nəzərdən keçirərək qərar verib. Lakin bu belə deyil. Çünki icra məmuru 2(004)-5134/2018 nömrəli xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icraat materiallarında olan məhkəmə qərarlarını, dövlət qurumların cavablarını, ekspert rəylərini araşdırmayaraq, nəzərə almayaraq, dəqiq oxumadan, cavabdehin 25 Aprel 2024-cü il tarixli ərizəsini əsas götürərək birtərəfli olaraq onun xeyrinə xx.xx.2024-cü il tarixli qərar çıxarıb. İcra məmuru qanunvericiliyin ona verdiyi imkanlardan növbəti dəfə istifadə etməyərək, heç bir zəruri tədbir görmədən cavabdehin xeyrinə xx.xx.2024-cü il tarixində qərar çıxartmaqla ona vergidən və MDSS-dən yayınmağa köməklik göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra -AR ƏNMEM-i) xx.xx.2024-cü il tarixli 3-16-16/1 - 10/24 saylı məktubunda bildirilmişdi ki, xx.xx.2024-cü il tarixli müraciətiniz üzrə aparılmış araşdırma nəticəsində ekspert Əli Abdullayevin fəaliyyətində aşkar edilmiş pozuntu ilə bağlı Mərkəz üzrə müvafiq əmrlə onun barəsində intizam tənbehi tədbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 08 iyun 2022-ci il tarixli **********8 saylı məktubunda bildirilmişdir ki, YRM-in 2(004)-5134/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qərarına əsasən Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi" tərəfindən adına olan ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi Bildirişi” altsisteminə daxil edilmiş xitamla bağlı əmək müqaviləsi bildirişi xx.xx.2019-cu il tarixdə etibarsız edilmişdir. X7 Xidmətinin 19 oktyabr 2021-ci il tarixli **********7 nömrəli məktubunda bildirilmişdir ki: 2(004)-513412018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə məcburi işburaxma müddəti üçün ödənilən orta əmək haqqının işə bərpa olunana kimi ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilməsi onunla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş bildirişin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məktub göndəriləndən sonra hüquqi qüvvəyə minir. X7 Xidmətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Məcburi işburaxma üçün əmək haqqının hesablanması Əmək Məcəlləsinin 300-cü maddəsi nəzərə alınmaqla orta əmək haqqının hesablanması bu məcəllənin 177.2-ci maddəsinə və AR Nazirlər kabinetinin xx.xx.2000-ci il 126 nömrəli qərarına uyğun olaraq hesablanıb ödənilir” və əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinəti - AR Nazirlər Kabinetinin 189 saylı qərarının 28 və 30 bəndinə uyğun. Baxmayaraq ki, cavabdeh 2019-cü ildə xx.xx.2018 - xx.xx.2019-cu il tarixədək olan məcburi işburaxma müddəti üçün ödənilən əmək haqqını ƏM-in 177.2 maddəsinə zidd olaraq - 51.946,31 manat az ödəyib (81.997, 97 əvəzinə 30.051,66 manat ödəyib) və 16 Aprel 2018 - 19 May 2018-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətini - AR Nazirlər Kabinetinin 189 saylı qərarının 28 və 30 bəndinə zidd olaraq - 1978.04 manat az (5793,19 manat əvəzinə 3815,16 manat ödəyib) ödəyib, icra məmuru növbəti dəfə ödənişlərin qanunvericiliyin tələbinə uyğun ödənilməsini yoxlamadan, dövlət qurumlarının məktublarını nəzərə almayaraq, qanunvericiliyin ona verdiyi imkanlardan (mütəxəssisin dəvət olunması) istifadə etməyərək, öz işini asanlaşdırmaq üçün xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarında qanunsuz ekspert rəylərinə istinad etməklə kifayətlənmişdir. Bundan başqa, icra məmuru xx.xx.2024-cü il tarixli qərarında qeyd edib ki, müraciətinizə cavab olaraq X7 Xidmətinin xx.xx.2019-cü il tarixli məktubunda bildirilmişdir ki, R.Hüseynov barədə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi mövcuddur və qüvvədədir. Baxmayaraq ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində yazılıb, iddiaçı X3 cavabdeh Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə icraata xitam verilsin, Bakı Apelyasiya Məhkəməsinin MK-nin xx.xx.2024-cü il tarixli 2(103)-263/2024 saylı qətnaməsində qeyd olunub ki, hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, iddia tələbinin təmin olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi üzrə icraata xitam verilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-1824/2024 saylı qərarında məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi üzrə icraata xitam verilmişdir. Baxmayaraq ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində, Bakı Apelyasiya Məhkəməsinin MKnin xx.xx.2024-cü il tarixli 2(103)-263/2024 saylı qətnaməsində və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-1824/2024 saylı qərarında məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində yoxlanılmayıb və iddia müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək götürülüb, İcra məmuru Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi və 8(004)-396/2023 saylı, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadlarını icra etməmək üçün 2(103)-263/2024 saylı və 2(102)-1824/2024 saylı qərarlara istinad edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi - xx.xx.2023-cü il tarixli 166743/2023-53-18- 004 saylı “icraata başlamaq haqqında” qərara aiddir, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi - xx.xx.2024-cü il tarixli e216165/2024- 53-18-001 saylı “icraata başlamaq haqqında” qərarına aiddir. Yasamal Rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hərəkətsizliyi nəticəsində icra sənədinin təmin edilməməsi zamanı qanunsuz hərəkətlərə yol verilməklə, ona 53.924, 35 manat və həmin məbləğdən dövlət büdcəsinə (14 % gəlir vergisi, 25% MDSS və icra məmuru borcludan tutulmalı 7% pul məbləği) ziyan vurulmasına gətirib çıxarmış və cavabdeh növbəti dəfə məhkəmə qərarını icra etməyərək məsuliyyətdən azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-498/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Ayşən Sultanova-Məmmədova) şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən “icraata xitam verilməsi barədə” qərar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanması xüsusi bilik tələb edən və mütəxəssis izahına zərurət doğuran məsələdir. Lakin icra məmuru xüsusi bilik tələb edən məsələləri izah etmək üçün icraata mütəxəssis dəvət etmədən, borclu tərəfindən icra şöbəsində təqdim olunmuş ərizə ilə kifayətlənərək, öz mülahizəsinə əsasən icra sənədinin tam icra olunması qənaətinə gələrək icraata xitam vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Borclu Şirkətinin icra məmuruna ünvanladığı 25 aprel 2024-cü il tarixli “icraata xitam verilməsi” ərizəsinin məzmununda göstərilir ki, “13 may 2019-cu il tarixli 03 İB/19 nömrəli Əmrlə borclu tələbkarın əmək müqaviləsinə xitam verilmə barədə 016A/18 nömrəli xx.xx.2018-ci il tarixli əmri ləğv etmiş və tələbkarı 14 may 2019-cu il tarixdən işə bərpa etmişdir. 14 may 2019-cu il tarixdə tələbkar işə çıxmış və əmək funksiyalarının icrasına faktiki başlamışdır. Borclu 14 may 2019-cu il tarixdən başlamaqla tələbkara əmək haqqı hesablayıb ödəməyə başlamışdır. Bu iki halın hər biri borclu tərəfindən yerinə yetirildiyindən borclu icra sənədini İşə bərpa tələbi hissəsində tam olaraq icra etmiş hesab olunmalıdır.” Göründüyü kimi, borclu 14 may 2019-cu il tarixdən başlamaqla, tələbkar R.Hüseynova əmək haqqısını ödədiyini və hal-hazırda müvafiq icra sənədini tam şəkildə icra etdiyini bildirsə də, qeyd edilən qətnamədə aydın şəkildə Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının 26 aprel 2018-ci il tarixdən hesablanmalı olduğu göstərilmişdir. Bu hal nə borclu, nə də icra məmuru tərəfindən nəzərə alınmamışdır. Bir sözlə, tələbkara bu günə kimi 26 aprel 2018-ci il tarixdən 14 may 2019-cu il tarixədək olan dövr üçün əmək haqqısı ödənilməmiş qalır. Göründüyü kimi, icra sənədi tam icra olunmadığı halda, icraatına xitam verilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qərardaddan Borclu (nümayəndəsi və vəkili Vəkil oğlu) şikayət verərək ləğv edilməsini və tələbkarın ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-498/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. X1 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi borclunun şikayətinə etirazında şikayətin əsassız olduğunu və məhkəmənin düzgün qənaətə gəldiyini bildirmişdir. Borclu (nümayəndəsi və vəkili Vəkil) da elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində tələbkarın etirazının əsassız olduğunu bildirib göstərmişdir ki, tələbkara mübahisənin sülh yolu ilə məhkəmədənkənar həlli üçün müraciət edilmiş, lakin tələbkar bunu səhv başa düşüb guya borclunun tələbkar qarşısında icra edilməmiş öhdəliyi olduğunu düşünmüşdür. Borclunun həmin ərizəsinə münasibət bildirən X1 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, cavabdeh qanun pozuntularına yol verməsə idi, ona çatacaq vəsaiti (155 089, 84 manatı) və dövlətin vergisini vaxtında ödəsəydi, məhkəmə mübahisəsi 6 ildən çox müddətdə davam etməzdi və əlavə xərc çəkilməzdi. Cavabdehin heç bir öhdəliyi yoxdursa onda niyə mübahisənin sülh yolu ilə həllini məhkəmədən kənar telefon vasitəsi ilə həll etməyə çalışır. Burdan görünür ki, borclunun ona borcu var və vergidən yayınmağa çalışır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X4 da yazılı izahat təqdim edərək şikayətin təmin edilib mübahisələndirilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Əvvəla, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda tam icra olunmamış icra sənədinin icrasına xitam verilə bilməz. Bundan əlavə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin mübahisələndirilən qərar ümumiyyətlə hər hansı bir formada əsaslandırılmamış, qərarda əsaslandırma kimi yalnız Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən icra sənədi üzrə tələb tam yerinə yetirilmişdir göstərilmişdir. Məhkəmə tərkibi vurğulayır ki, icra sənədinin tam icra olunması açıq-aşkar, mübahisəsiz, ziddiyyətsiz və dəqiq olmalıdır. Əks halda tam icra olunması qeyrimüəyyən olan icra sənədinin icrası ilə bağlı bu cür şikayətin təmin olunması labüd olacaqdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-498/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-498/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-5/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-5/2025
06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver