Məhkəmə qərarları › İş №8(103)-500/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-500/2020

17.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-500/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadından Tələbkar tərəfindən tərəfindən verilmiş şikayətə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-5159/18 saylı qərarı ilə iddiaçı Tələbkar cavabdeh X4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 saylı ünvanda yerləşən 22 saylı mağazaya bitişik qanunsuz tikilinin X2 hesabına sökülməsi qərara alınmış və icra olunması üçün icra vərəqi Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Söbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan qərardan narazı qalan borclu X3 nümayəndəsi-vəkili X5 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı ilə, Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 20266/2020-7-14 saylı icra işinin məhkəməyə geri qaytarılmasına dair qərarın ləğv olunması barədə borclu X3 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş şikayət təmin edilmişdir. Hazırda Tələbkar həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(007)-87/2020 saylı qərardadının ləğv edilməsi və Nizami rayon İcıa və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 20266/2020-7-17 saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar Nizami rayon İcra və probasiya şöbəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etdikdən sonra 17/71-3M-1980 saylı icraata xitam verilməsi qərarı qəbul edilmişdir. Həmin qərardan Nizami Rayon Məhkəməsinə şikayət verilmiş, şikayət birinci instansiya məhəməsində təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarından borclu şikayət verilmiş, şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya İnstansiyası Məhkəməsinin 2(103)-713/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə X2 şikayəti təmin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(007)-324/2019 saylı qərardadı ləğv edilmiş, Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/71-3M-1890 saylı icraata xitam verilməsi barədə qərarı ləğv edilmiş icra sənədi üzrə icra işinin davam etdirilməsi qərara alınmışdır. İcra sənədi icra məmuru tərəfindən tam icra olunduğuna görə tələbkar icra sənədinin Məhkəməyə geri qaytarılmasını tələb etmişdir. Qərarın icrası ilə bağlı icra şöbəsinə getdikdə məlum olmuşdur ki, tələbkar xx.xx.2018-ci il tarixdə yenidən icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılmasına dair ərizə təqdim etmişdir. Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin ərizəyə əsasən xx.xx.2020-ci il tarixli, 20266/2020- 7-17 saylı qərarı qəbul edilmişdir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə vermək tələbkarın hüququdur. Borclunun həmin əmlak üzərində heç bir hüququ olmadığından həmin əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Həmin qanunun 23.1.1-ci maddəsinə əsasən, tələbkarın ərizəsi əsasında icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, icra məmurunun mübahisəli qərarından şikayət vermək hüququ həm tələbkara, həm də borcluya məxsusdur. Belə olan halda birinci instansiya məhkəməsi borclunun şikayətini təmin edərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya təələbkarın şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, dəlillər formal xarakter daşıyır və tələbkarın mövqeyinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Tələbkartərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkartərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar