Məhkəmə qərarları › İş №8(103)-501/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-501/2020

17.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-501/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Borclu iştirakı ilə, Borclu «həbsin götürülməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)-1173/2018 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Emin Babayev Borclu məxsus «VAZ 21154» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(010)- 1173/2018 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsus «VAZ 21154» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu birinci instansiya məhkəməsinə müraciət edərək, «VAZ 21154» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona məxsus olan «VAZ 21154» minik markalı, **- RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasına səbəb onun Tələbkar ASC-yə olan kredit borcu olmuşdur. Həmin borcun icrası ölkə başçısının sərəncamından sonra dayanmış və sənədlər banka geri göndərilərək müqavilə əsasında yeni cədvəl təyin olunmuşdur. Cədvələ əsasən, borcun ödənilməsinə baxmayaraq, maşınının üzərinə qoyulmuş həbs qüvvədə qalmışdır. Bu səbəbdən məhkəmədən ona məxsus «VAZ 21154» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)- 1173/2018 saylı qərardadı ilə (hakim Səlimə Miriyeva) ərizə təmin olunmuşdur. Tələbkar ASC birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız və qanunsuz olması, əmlak üzərinə qoyulmuş həbsin əsassız olaraq götürülməsi, borclunun restrukturizasiya ilə əlaqədar banka müraciət etməməsi, bank əməliyyatı sistemində hazırda da borcunun qalması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsini xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən borclu şikayətin dəlillərini əsassız sayaraq, banka restrukturizasiya ilə əlaqədar müraciət etməməsini, təxminən 800 (səkkiz yüz) manat borcunun qalmasını, müəyyən qrafik verildiyi təqdirdə maddi imkanının çatdığı qədər hər ay müəyyən məbləğdə, təqribən 50-60 manat ödənişlər edə biləcəyini və.s göstərərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə (bundan sonra, MPM) əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-9655/2017 saylı icra vərəqəsinə əsasən – cavabdeh Borclu xx xxxxxx 2015ci il tarixli kredit müqaviləsi üzrə 1266,30 ABŞ dolları əsas borc, 116,38 ABŞ dolları faiz borcu, 113,40 ABş dolları cərimə olmaqla, cəmi 1496,08 ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İşdə olan Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)- 9655/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Birinci instansiya məhkəməsi Suraxanı Rayon İcra və probasiya şöbəsinin təqdimatını təmin edərək, Borclu məxsus «VAZ 21154» minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoysa da, sonradan borculunun ərizəsinə əsasən qərardadı ləğv etmiş, avtomobilin üzərinə qoyulmuş həbsi götürmüşdür. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək borcun restruktizasiya olunmasını göstərməklə kifayətlənmiş, lakin bu istiqamətdə tam və hərtərəfli araşdırma aparmamış, işdə iştirak edən şəxslərin (xüsusilə, tələbkarın) dinlənilmə hüququnu təmin etməmiş, borcun mövcud olub-olmaması və s. bu kimi halları dəqiqləşdirməmişdir (halbuki, borclu apellyasiya baxışı zamanı verdiyi izahatında borcunun qalmasını bildirmişdir). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X5 Məhkəməsi «X2rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İş materiallarından görünür ki, həbsin götürülməsi məsələsinə tələbkarın (həmçinin, digər proses iştirakçılarının) iştirakı təmin olunmadan baxılmış, tələbkarın mənafeyi nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin məhkəməyə çağrılmasının qaydaları isə MPM-in 134- 138-ci maddələrində dəqiq tənzimlənmişdir. Belə ki, qeyd edilən hüquq normalarına əsasən, məhkəmə işdə iştirak edən şəxslərə, həmçinin məhkəmə bildirişini, məhkəmə aktlarını rəsmi qaydada verməlidir. Qeyd edilən məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrıayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. MPM-in 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 387.2 və 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. X5 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadların çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən, işdə iştirak edən şəxslərin dinlənilmə hüquqları təmin olunmaqla, əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə qanuni əsaslarının mövcudluğu və zərurəti, habelə işin digər diqqətəlayiq halları tam və hərtərəfli araşdırılmalı, nəticədə əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu «həbsin götürülməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)-1173/2018 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(009)-3725/2017 saylı qərardadı ləğv edilsin, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar