Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-501/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 8(010)- 2849/2017 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 8(010)- 2849/2017 saylı qərardadı ilə Bakı şəhəri Surxanı rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, təqdimata yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Baxılan işdən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 16.11.2017-ci il tarixli qərardadı həmin tarixli məktubla tərəflərə, o cümlədən borcluya qeydiyyatda olduğu ünvan üzrə (ünvan 1miş və məktub 17.11.2017-ci il tarixdə rabitə orqanına təqdim olunmuşdur. Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən 27.11.2017-ci il tarixdə icra vərəqəsi verilərək, qərardad icraya yönəldilmişdir. Sonradan borclunun 22.06.2021-ci il tarixli ərizəsi əsasında qərardadın surəti məhkəmə qəbzinə imza edilməklə 24.06.2021-ci il tarixdə ona şəxsən təqdim olunmuşdur. Həmin qərardaddan şikayət isə 02.07.2021-ci il tarixdə, yəni qərardadın qəbulundan təxminən 4 ilə yaxın müddət keçdikdən sonra verilmiş və borclu şikayətində eyni ünvanı qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi, icra vərəqəsi verərək qərardadı icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, borclunun qərardaddan hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Belə olan halda isə, yəni məhkəmənin yuxarıda qeyd edilən halları yoxlamadan şikayətə mahiyyəti üzrə baxması əsaslı və qanuni sayıla bilməz (həmçinin, nəzərə alınmalıdır ki, borclu müddətin bərpasına dair ərizə də verməmişdir). Bu səbəbdə də şikayət qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 8(010)- 2849/2017 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-501/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-501/2021
22.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver