Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-503/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3637/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu iddiaçı X1 xeyrinə 7.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin icrası barədə bildiriş göndərilmişdir. Borclu xx.xx.2020-ci il tarixli izahatında icra sənədi üzrə borcu ödəməyəcəyini bildirərək, qanuni qüvvəsini almış qətnamənin icrasından yayınmış və tələbkarın xeyrinə ödəniş etməmişdir. Borclu əmlak və gəlirlərinin müəyyən edilməsi üçün “Elektron-icra” informasiya sistemində borcluda tələbin yönəldilə biləcıyi pul vəsaitinin olmasına dair bank hesabının olması, habelə daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2012-ci il tarixdə P5122774 nömrəli ümumi vətəndaş pasportunun olması və sonuncu dəfə xx.xx.2015-ci il tarixdə sərhədi keçməsi müəyyən edilmişdir. İcra məmuru qeyd edilənləri nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim F.Abdıyev, iş № 8(001)-439/20) təqdimat təmin edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 2(102)-2557/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından əlavə kassasiya qaydasında şikayət vermişdir, icra məmuru bunu nəzərə almamışdır. Həmçinin o, icra məmurunun şağırışlarına getmiş, icra sənədinin icrasından yayınmaq məqsədi güdməmişdir və onun barəsində təqdimat verilməsi üçün heç bir əsas olmamışdır, işə baxılarkən onun iştirakı təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün atılmış addımdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra səndi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "icraata başlamaq haqqında" qərar, könüllü icra üçün bildiriş, habelə xəbərdarlıq və sair aidiyyəti sənədlər borcluya rəsmən təqdim olunmuş, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini tam icra etməmiş və onun icrasından yayınır, icra məmuru tərəfindən icra icraatı dayandırılmamışdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüşdür. Digər tərəfdən, borclunun icra sənədi ilə ondan tutulan məbləğləri tələbkara ödəmək niyyətində olmadığı iş materiallarına əlavə edilmiş icra məmuruna verdiyi izahatdan da açıq-aşkar görünür. Bu səbəbdən də, təqdimat əsaslı olaraq təmin edilmişdir. Həmçinin borclu şikayətində göstərir ki, icra sənədinin icrasından yayınmaq məqdsədi güdməmiş və onun barəsində təqdimat verilməsi üçün heç bir əsas olmamışdır. Eyni zamanda göstərir ki, onun kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından əlavə kassasiya qaydasında şikayət vermişdir. Şikayətdə göstərilən bu ziddiyyətli məqamdan da məlum olur ki, əslində borclu ondan borc məbləğinin tutulması ilə razı deyildir, belə olan galda onun icradan yayınmaq məqsədi güdməməsi inandırıcı hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borcluşikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Məmməd Məmmədov Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-503/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-503/2020
18.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver