Məhkəmə qərarları › İş №8(103)-504/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-504/2020

16.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-504/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair X2 ərizəsinə baxılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(001)-457/2020 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1258/2019 xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1488/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes C180” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı və “Qaz 32213 yük” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. X3 ərizə verərək “Mercedes C180” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2009-cu il tarixdə Borclu 1998-ci il buraxılışı olan “Mercedes C180” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nağd şəkildə ödəniş edərək, Bakı şəhəri 18 saylı dövlət notariat kontorunun notariusu Məlikov.C.B. tərəfindən imzalanmış, AB-504736 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında alqı-satqı edərək xx xxxxxx 2060-cı il tarixinə kimi müddətli olan “Etibarnamə” əsasında almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-457/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə, məhkəmə tərəfindən qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Belə ki, ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, “Mercedes C180” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin ona vicdanlı alıcı kimi heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən borclu qeyd etdi ki, “Mercedes C180” markalı **- CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 2009-cu ildə 50 illik baş etibarnamə əsasında satmışdır. Sonradan satdığı adam avtomobili öz adına qeydiyyata salmamışdır. Avtomobili satdığı adamı tanımır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən nəzərdə tutulmuşdur ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur. O, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərindən də aydın oluğu kimi etibarnamə digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutulur və avtomobilin etibarnamə əsasında başqa şəxsin istifadəsinə verilməsi, həmin əmlakın özgəninkiləşdirilməsi kimi qəbul oluna bilməz. Eyni zamanda qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmamışdır. X3 mülkiyyətçi deyildir, belə olan halda avtomobilin üzərinə həbsin qoyulması barədə qərardaddan şikayət vermək üçün onun subyektiv hüququ yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(001)- 457/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar