Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-505/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-270/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun Borcluu məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin 2(009)- 518/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1178/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh Borclu xx xxxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-270/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin 2(009)-518/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Səbail rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru Səbuhi Əhmədovun təqdimatı təmin edilmişdir. Qərardaddan borclu şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, icra məmurunun təqdimatda qeyd etdikləri həqiqətə uyğun deyil. Çünki, o, icra məmurunun cağırışlarına getmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-270/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu şikayətin təmin olunmasını xahiş etdi, həmçinin bildirdi ki, icra məmurunun cağırışlarına getmiş və onunla dəfələrlə telefon vasitəsi ilə danışmışdır. İcra məmurunun təqdimatda qeyd etdiyi dəlillər əsassızdır. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, borclunun icra məmurunun çağırışı ilə gəlməsi iş materialları ilə təsdiq olunmur. Bununla yanaşı, borclu icra məmurunun yanında həqiqətən olmuşdursa yaxud onun çağırışı ilə gəlmişdirsə artıq şikayət olunun qərardadın icrasına ehtiyac olmayacaqdır. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)- 270/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-270/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-505/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-505/2020
23.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver