Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-507/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Borclu MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)- 700/2020 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-177/2019 nömrəli icra sənədinə əsasən Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bir otaqlı evin sökülməsi ilə bağlı 52308 manat kompensasiya və mülkiyyətindən istifadə cavabdehin təqsiri üzündən məhdudlaşdırılmasına görə 37250 manat olmaqla, cəmi 89558 manat pul Borclu MMC-dən tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-177/2019 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,20 kv.m olan 3 otaqlı 49 nömrəli mənzilin və həmin evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli icra sənədi üzrə borcun könüllü ödənilməsi təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron icra məlumatlarından müəyyən edilmişdir ki, Borclu MMC-nin mülkiyyətində Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,20 kv.m olan 3 otaqlı 49 nömrəli mənzil və həmin evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan həmin mənzillərin üzərinə həbs qoyulmasına zərurət yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)- 700/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-177/2019 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzilinin üzərinə həbs qoyulmuş, təqdimat digər mənzilin üzərinə həbs qoyulması hissəsində rədd edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və əmlak üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edərək şikayəti onunla əsaslandırmışdır ki, Borclu MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzil və Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,20 kv.m olan 3 otaqlı 49 nömrəli mənzil hal-hazırda üçüncü şəxslərin sahibliyindədir. Belə ki, həmin mənzillərə dair mülkiyyət hüquqlarının onların real sahiblərinin adına qeydə alınması üçün Borclu MMC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İdarəsinə xx.xx.2020-ci il tarixində məktubla müraciət ünvanlamışdır. 1 saylı Вакı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla Borclu MMC-yə cavab olaraq bildirilmişdir ki, həmin mənzillərlə bağlı Borclu MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında mənzil sahiblərinin mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Buna görə də, həmin mənzillər üzərində ilk öncə Borclu MMC-nin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və elektron sistem vasitəsilə sorğu edilərkən elektron icra məlumatlarında həmin mənzillərin Borclu MMC-nin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edilənədək həmin mənzillər üzərində onların real sahiblərinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzil hal-hazırda Borclu MMC-nin mülkiyyətində deyildir, buna görə də məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən həmin mənzilin üzərinə həbs qoyulması üçüncü şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 8(004)-700/2020 saylı qərardadı qismən ləğv edilməli, Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzilin üzərinə həbsin qoyulmasına dair təqdimat təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında Borclu MMC-nin nümayəndəsi X4 tərəfindən təqdim edilən daşınmaz əmlakın dövlət reyestri çıxarışlarının surətlərindən göründüyü kimi təqdimatda üzərinə həbs qoyulması tələb edilən əmlaklar 12 və xx xxxxxxxx 2020-ci il tarixlərində Borclu MMC-nin mülkiyyətində olmuşdur. Lakin xx xxxxxxxx 2020-ci il tarixli ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətlərindən isə aydın olur ki, Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzil və Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,20 kv.m olan 3 otaqlı 49 nömrəli mənzil X1 və hal-hazırda onun sahibliyindədir. Təqdim olunan sənədlərdən görünür ki, üzərinə həbs qoyulmuş 50 saylı mənzil üzərində Borclu MMC-nin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmış, həmin mənzil xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Nail Şahverdiyevə satılmış, mənzil üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə təqdimatla məhkəməyə müraciət olunmuş, xx.xx.2020-ci il tarixdə məhkəmə qərarına əsasən mənzil üzərinə həbs qoyulmuşdur. Beləliklə, icra məmuru təqdimatla məhkəməyə müraciət edərkən və məhkəmə tərəfindən mənzil üzərinə həbs qoyularkən həmin daşınmaz əmlak artıq üçüncü şəxsə satılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həbsin qoyulmasına dair qərardad qəbul edilərkən Borclu MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzilin üçüncü şəxsə satılması nəzərə alınmamışdır. Şikayət ona görə qismən təmin edilməlidir ki, qərardad yalnız 50 saylı mənzilin üzərinə həbs qoyulması hissəsində mübahisələndirilsə də, qərardadın tam ləğv olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(004)- 700/2020 saylı qərardadı qismən ləğv edilsin. Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 610-cu məhəllədəki 60 nömrəli evin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93,20 kv.m olan 2 otaqlı 50 nömrəli mənzilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-507/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-507/2020
09.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver