Məhkəmə qərarları › İş №8(103)-507/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-507/2021

30.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-507/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, Tələbkar iştirakı ilə Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərardadından Borclu tərəfindən şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov məhkəməyə təqdimatla müraciət edərək, borclu Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 7065/2019-013 saylı 04.12.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borclu 6529,42 ABŞ dolları borc tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 04.06.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-642/2021 saylı, 09.08.2021-ci il tarixli qərardadı ilə, Borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7065/2019 saylı 04.12.2019-cu il tarixli icra sənədinə əsasən Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan Borclu şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 8(011)-642/2021 saylı qərardadının ləğv edilərək təqdimatın təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq borclu və Xətai rayon İcra və Probasiya şöbəsinn səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən tələbkarın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 7065/2019-013 saylı 04.12.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borclu 6529,42 ABŞ dolları borc tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 04.06.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq, Xətai rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından, təqdimatı təmin edilməklə və Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu tərəfəindən vernilmiş şikayət təmin edilməsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar