Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-51/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə, Borclu Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “sənədin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimatına dair iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7649/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Opel Zafira minik” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 7649/16 saylı, 21.09 2016-cı il və 2(005)-1085/2020 saylı, 21 02.2020-cı il tarixli icra sənədlərinə əsasən Borclu 340 manat məbləğində aliment tutularaq Tələbkar xeyirinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına xx.xx.2016-cı il və xx.xx.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün "Elektron icra" İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, "OPEL ZAFİRA” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-662/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Babək Qarayevin təqdimat təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7649/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Opel Zafira minik” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu məhkəməyə dəftərxana vasitəsilə şikayət təqdim edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-662/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkar, borclu və icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə xx xxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, Borclu mülkiyyətində olan “Opel Zafira minik” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs haqlı olaraq qoyulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə olan Nərimanov rayon məhkəməsinin 8(005)-662/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-51/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-51/2021
04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver