Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-51/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 8(004)-830/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qərardaddan Tələbkar verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. X1 Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2 (104)- 9854/2016) üzrə həyata keçirtdiyi icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın və qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayət ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
2. “Aktın və qərarın ləğv edilməsi barədə” Xanın Hüseynovanın şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayətin təmin edilməsini qərara almışdır.
3. Həmin qərardadın onun maraqlarına toxunduğunu bildirən Tələbkar, vəkili (nümayəndəsi) Vəkil2 vasitəsi ilə qərardaddan xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, Xanın Hüseynova tərəfindən verilmiş “aktın və qərarın ləğv edilməsi barədə” şikayətinin rədd edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı səhv və əsassızdır. Belə ki, Rayon Məhkəməsi “aktın və qərarın ləğv edilməsi barədə” Xanım Hüseynovanın şikayətinə baxarkən işin hallarını düzgün müəyyən etməmişdir.
5. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə Tələbkar vəkilinin (nümayəndəsinin) verdiyi şikayəti, şikayətin prosessual müddətin ötürülməsi əsası ilə, geri qaytarmışdır.
6. Tələbkar vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2023cü il tarixli qərardadın ləğv olunmasını, xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad Neftçala rayonunda yaşayan Tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bu barədə poçt zərfinin arxasında möhür də mövcuddur. Neftçala rayonunda poçtalyon olmadığına görə vətəndaş poçta gedərək məktubları özü qəbul edir və bu zaman zərfin üzərinə əlavə möhür vurulur.
8. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və Tələbkar xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayət icraata qəbul edilməli və həmin şikayətə mahiyyəti üzrə baxılması üçün, şikayət, iş materialları ilə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, Rayon Məhkəməsi, xx.xx.2022-ci il tarixli qərardaddan Tələbkar tərəfindən verilmiş şikayətin qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardad poçt vasitəsi ilə iş üzrə tərəflərə göndərilmiş və müvafiq poçt şöbəsinin məhkəməyə qaytardığı “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə bildirişindən” görünür ki, həmin qərardad Tələbkar xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Tələbkar qərardaddan şikayəti qərardadı aldığı tarixdən etibarən 10 gün ərzində verməli olduğu halda, şikayəti, prosessual müddətin ötürülməsi ilə 16 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə vermişdir.
11. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qeyd edilən hala bu qaydada yanaşması səhv olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1. və 396.1-ci maddələrinin tələblərinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
12. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə bildirir ki, Tələbkar vəkilinin (nümayəndəsinin) şikayətə əlavə etdiyi zərfin üzərinə poçt şöbəsi tərəfindən vurulmuş ştamplardan görünür ki, həmin ştamplarda həm xx.xx.2022-ci tarix, həm də xx.xx.2022-ci il tarix əks olunmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilən bu halı araşdırmamışdır. Bu baxımdan hesab edilməlidir ki, Tələbkar şikayətində göstərilən dəlil (bax: yuxarıda qeyd edilmiş 7-ci bəndə) əsassız deyil.
13. Lakin Rayon Məhkəməsi, xx.xx.2022-ci il tarixli qərardadın Tələbkar məhz xx.xx.2022-ci il tarixdə çatdırılmasını müəyyən etmədən hesab etmişdir ki, Tələbkar xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verərkən prosessual müddəti ötürmüşdür.
14. Bu baxımdan hesab edilməlidir ki, yaranmış və yuxarıda təsvir edilmiş hala Rayon Məhkəməsinin yanaşması və həmin hala münasibətdə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad əsaslı deyil
15. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 397 və 398-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏRARA ALDİ:
Tələbkar şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qərardad ləğv edilsin. Tələbkar Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 12 dekabr 2022-ci il tarixli qərardaddan verdiyi şikayət icraata qəbul edilsin və həmin şikayətə mahiyyəti üzrə baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.