Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-510/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2, Borclu iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 2(050)-2817/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinəəsasən (hakim Nemət Musayev) cavabdehlər X3 və Borclu oglundan müştərək qaydada 10.193,9 ABŞ dolları əsas borc, 758,83 ABŞ dolları faiz borcu, cəmi 10.952,73 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi-Bankının təyin etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Tələbkar-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2(050)-2817/2017 saylı, xx xxxxxxx 2017-ciil tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Ruslan Əsgərov xx xxx 2018ci il tarixdə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin Borclu mülkiyyətində olan “Vaz 21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” minik markalı, 90 MU-550 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxx 2018-ciil tarixli qərardadı ilə (Sədrlik edən hakim Aytən Mirzəzadə), təqdimat qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-2817/2017 saylı, xx xxxxxxx 2017-ciil tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu adına qeydiyyata alınmış “Kia Sportage” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Kia Sportage” minik markalı, 90 MU-550 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 2817/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə mülkiyyətində “Kia Sportage” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 8(004)- 913/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə qeyd olunan, “Kia Sportage” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-756/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-2817/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Rəşad Cavadzadə), vəsatət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə Borclu adına qeydiyyata alınmış “Kia Sportage” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Tələbkar Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermiş və şikayət xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Rəşad Cavadzadə), şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermiş və şikayət xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Borclu şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, iş üzrə hakim tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, təqdim edilmiş sübutlar obyektiv araşdırılmamış və yekunda qanunsuz qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi onun məhkəmədə iştirakını təmin etməmişdir. Bu səbəbdən də qərardaddan narazıdır. Şikayətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Apelyasiya məhkəməsinin iclasında, Borclu şikayəti müdafiə etdiyini bildirdi, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Tələbkar-nin nümayəndəsi X4 Borclu tərəfindən verilmiş şikayətə qarşı etiraz etdiyini bildirdi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmənin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Qeyd edilən prosessual hüquq normasının məzmunundan da müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qəbul edilmiş məhkəmə aktından verilmiş şikayətə apelyasiya icraatı zamanı baxılarkən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Barəsində şikayət verilən 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ciil tarixli qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Masallı Rayon Məhkəməsinin 2(050)-2817/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin icrasi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməsi nəticəsinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, sözügedən qərardadda istinad edilən Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2020-ci il tarixli qərarı qəradad qəbul edilən zaman qanuni qüvvəsini almamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi barədə məhkəmənin 8(004)-913/2018 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ləğv edilməli, məhkəmənin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 913/2018 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadının məzmunundan görünür ki, həmin qərardadın əsaslandırıcı hissəsində məhkəmə qeyd etmişdir ki, “Mercedes Benz 190” markalı, **-ZN-*** nömrə qeydiyyat nişanlı avtomaşın X1 mülkiyyətində olsa da, xx.xx.2019-cu ildən onun istifadəsində olmuşdur. Belə olduğu halda hazırda onun istifadəsində olan avtomobilin üzərinə həbs qoyulması hüquqlarını pozur”. İş materiallarından görünür ki, Borclu ərizə ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsinin 8(004)- 913/2018 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadında X1 mülkiyyətində olan “Mercedes Benz 190” markalı, **-ZN-*** nömrə qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi qeyd edilir. Beləliklə, məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 8(004)-913/2018 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadın məzmununda səhvə yol verilmiş, Borclu verdiyi şikayətə baxılması əvəzinə qərardadda işə aid olmayan başqa şəxsin şikayətinin məzmunu gostərilmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 8(004)-913/2018 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və məhkəmənin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu verdiyi şikayət yenidən baxılması üçün işlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədəqərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-510/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-510/2020
17.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver