Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-511/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, şikayət vermiş "xxxx" ASC-nin nümayəndəsi Natiq Tağıyevin və tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nizami Nurullayevin iştirakı ilə, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu1 məxsus olan avtomobillərin üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Nizami Rayon Məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadından Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İcra sənədinə görə borclular Borclu1 və Borclu2 tələbkar "xxxx" ASC-nin xeyrinə 1.992,20 manat və 30 manat pul tutulmalıdır. İcra məmuru Borclu1 məxsus olan 2 ədəd avtomobilin üzərinə həbs qoyulması üçün təqdimat vermişdir: 1) “VAZ 21074” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2) “VAZ 21063” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil. Nizami Rayon Məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat qismən təmin edilsin, Borclu1 məxsus olan başqa avtomobilin – “Mercedes C180” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun, təqdimatın qalan hissəsi rədd olunsun. "xxxx" ASC-nin şikayətində tələb olunub ki, qərardad “Mercedes C180” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, “Mercedes C180” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu1 məxsusdur, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Birinci instansiya məhkəməsi avtomobilin üzərinə həbs qoyarkən avtomobilin ipoteka ilə yüklü olması barədə arayış iş matriallarında olub (iş v. 5). “İcra haqqında” Qanunun 48.1-ci maddəsində qeyd olunub ki, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər, bu zaman girov saxlayanın mülki qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Göründüyü kimi, tələb o halda girov (ipoteka) qoyulmuş əmlaka yönəldilə bilər ki, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etməsin. İşdə olan sənədlərdən görünür ki, Borclu1 adına həmin avtomobildən başqa 3 ədəd avtomobil var (iş v. 5), tələbin həddi isə 1.992,20 manat və 30 manat, yəni 2.022,2 manatdır. “Tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmir” halının mövcud olması üçün əvvəlcə həmin 3 ədəd avtomobillə tələb yönəldilməlidir. Bundan başqa, “Mercedes C180” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbs qoyulması barədə təqdimat verilməyib, təqdimat başqa avtomobillərin üzərinə həbs qoyulması üçün verilib. Təqdimatın rədd edilən hissəsində qərardad mübahisələndirilmədiyinə görə həmin hissədə qərardadın əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı “Mercedes C180” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində ləğv edilsin və həmin avtomobilin üzərinə həbs qoyulmasından imtina edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-511/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-511/2021
01.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver