Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-512/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-669/2020 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3313/2018 saylı qətnaməsi əsasında Yasamal rayon İcra və Probasiya şöbəsində başlanmış icra icraatı üzrə Tələbkar xeyrinə məhkəmə qətnaməsinin tam icrasına qədər ayda 700 manat miqdarında pul vəsaiti ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(004)- 669/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi (borclu) X3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-669/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin təmin edilməli olmadığı barədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmənin istinad etdiyi maddi normaların hamısında söhbət məhkəmə qətnaməsinin icrası qaydası səbəbindən deyil, icra edilməməsi səbəbindən tələbkarın hüquqlarının pozulmasından gedir. Beləliklə, məhkəmə, qətnamənin icrası qaydası ilə (hissə-hissə icra olunması ilə), ümumiyyətlə, icra olunmaması arasındakı fərqi nəzərə almamış və faktiki olaraq, qanunvericinin borcluya verdiyi möhlət almaq imkanını inkar etmiş olmuşdur. Bununla yanaşı, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində də söhbət məhkəmə qətnaməsinin müəyyən edilmiş müddətdə icrasının məcburiliyindən deyil (qərardadda bu maddə məhz belə anlamda verilmişdir), ümumiyyətlə, icrasının məcburiliyindən gedir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizə ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3313/2018 saylı qətnaməsinə əsasən X2 iddiaçı Tələbkar xeyrinə 45000 ABŞ dolları miqdarında pul vəsaiti tutulmalıdır. Həmin qətnamə xx.xx.2019cu il tarixdə icraya yönəldilmiş və Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsində icra icraatı başlanmışdır. İşin tədqiq edilmiş hallarından görünür ki, qətnamənin icrasına möhlət vermək üçün əsas ola biləcək tərəflərin əmlak vəziyyəti və (ya) əhəmiyyətli hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və tələbkarların maraqlarını nəzərə alaraq ərizəni təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-669/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-512/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-512/2020
24.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver