Məhkəmə qərarları › İş №8(103)-512/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-512/2021

29.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-512/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, X1, Borclu iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 8(003)-188/2021-ci saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 8(003)-188/2021-ci saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, həmin qərardadla razı deyil çünki, həbs qanunsuz olaraq qoyulmuşdur. İşə onun iştirakıı olmadan baxılmış və qərardad qəbul edilmişdir. Belə ki, Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov təqdimatla müraciət edərək ona məxsus əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata görə Ali Məhkəmənin 2(102)-4585/2018 nömrəli 27.07.2018- ci İl tarixli icra sənədinə əsasən Borclu 140.500,0 manat pul alınaraq tələbkar X5 verilməlidir. İcra sənədi 21.08.2018-ci il tarixdə Bakı şəhər Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamıivafiq qaydada icraya yönəlmişdir.“Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu Dağbəy oğluna məxsus olan ünvan 1 müəyyən edilmişdir.Lakin həmin ünvan onun yeganə yaşayış sahəsi olmaqla 12 nəfər şəxs qeydiyyatdadır. Apellyasiya baxışı zamanı Borclu şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tələbkar X6 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamışdır.Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və təqdimata yenidən baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) aymüddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən və qərardaddan verilmiş şikayətin təmin olunmaması qənaətinə gələrkən şikayətdə göstərilən dəlilər üzrə araşdırma aparmamış və qiymət verməmişdir.Belə ki, Borclu Dağbəy oğlu ona məxsus olan ünvan 1 ünvan onun yeganə yaşayış sahəsi olmaqla 12 nəfər şəxs qeydiyyatda olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv olunmalı və həbsin götürülməsi barədə borclunun ərizəsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 8(003)-188/2021-ci saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına yenidən baxılması üçün iş materialları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar