Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-513/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Tələbkar Yədulla qızının iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-334/2014 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar Yədulla qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Heyrat Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5202 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrasına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 8(008)- 334/2014 saylı qərardadına əsasən təqdimat təmin edilərək Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5202 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi üzrə icra icraatına xitam verilmişdir. Tələbkar Yədulla qızı qeyd olunan qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, prosessual müddətin bərpa edilməsi və şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixli xx.xx.2020-ci il tarixli məktubla almışdır. Həmin məktubun içərisində qərardadın əsli yox kserosurəti olmuşdur. Həmin xx.xx.2014-cü il tarixli, 8(008)-334/214 saylı qərardaddan şikayət vermə müddətini üzürlü səbəbdən Sabunçu rayon Məhkəməsinin hakiminin günahı üzündən ötürmüşdür. Vaxtında şikayət verə bilməmiş buraxılmış müddət isə üzürlü səbəbdən ötürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-334/2014 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Tələbkar Yədulla qızının ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar Yədulla qızı şikayət verərək qərardadın ləğv edilməsini və şikayətə baxılması üçün prosessual müddətin bəpra edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materialları tanış olarkən məktubun ona çatdırılması barədə mülki işdə yalnız məktubların göndərilməsi barədə reyestr mövcud idi. Məktun ona “sadə” göndəriş yolu ilə göndərilmişdir. Bilindiyi kimi zərflərin göndərilməsi ya sifarişli, ya da sifarişli-xəbərnaməli formada olmalıdır. Bunlardan heç biri reyestrdə qeyd edilməmişdir. Həmçinin qərardadı almağı barədə iş materiallarında heç bir sənəd sübut yox idi. Eyni zamanda qərardadda qeyd edilmişdir ki, aktda imza etmişdir. Bildirilir ki, akta imza etmək, qərardadı rəsmi qaydada almağı ilə qəti əlaqəsi yoxdur. Həmçinin akt tərtib edilərkən, borclu icra yerində olmayıb. Qərardadda “sözügedən qərardaddan X1 2014-cü il tarixdən etibarən xəbəri olmuşdur” sözü ilə qərardadı əsaslanmışdır. Heç bir əsas göstərmədən, fərziyyələrə əsaslanaraq qərarı qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-334/2014 saylı xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə Tələbkar Yədulla qızının şikayəti əsassız olduğundan təmin edilməmiş və şikayət baxılması üçün 8(008)-334/2014 saylı işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar Yədulla qızı şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətlərin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-334/2014 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Tələbkar Yədulla qızının icra məmuru Herat Qarayevin, stajor icra məmuru Rəşad Dövlətovun və hal şahidi X2 və X3 iştirakları xx.xx.2014-cü il tarixdə tələbkarın göstərmiş olduğu ünvanda hər hansı bir tikilinin və yaşayışın olmadığı müəyyən edilmiş, beləliklə digər tədbirlərin görülməsinə zərurətin olmadığı müəyyən edilmişdir. Sözügedən akt Tələbkar Yədulla qızı tərəfindən imzalanmışdır. İş materiallarından göründüyü kimi, sözügedən qərardaddan Tələbkar Yədulla qızı 2014-cü il tarixdən etibarən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Qanunun məzmunundan göründüyü kimi buraxılmış müddətin bərpası üçün əsas həmin müddətin üzürlü səbəbdən buraxılması və bunun məhkəmə tərəfindən üzürlü hesab edilməsidir. Lakin, cavabdeh şikayət vermə müddətinin qərarın əslinin almaması və sözügedən qərardadda almadığını bildirsə də, tələbkar sözügedən qərardaddan xəbərli olmuş və qərardaddan şikayət verməsi üçün kifayət qədər müddəti olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizədə göstərilən əsasları üzürlü səbəb kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-334/2014 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar Yədulla qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-334/2014 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-513/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-513/2020
25.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver